Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum yenidən məhkəmə qarşısında
Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.
Şirvan Apellyasiya Məhkəməsində Salyanda qardaşı arvadını və onun oğlunu qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkum Ziya Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası yanvarın 27-nə təyin edilib.
Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Əliyev ömürlük azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə bu ilin mart ayında baş verib. İttihama görə, 1981-ci il təvəllüdlü Ziya Əliyev aralarında yaranmış mübahisə zamanı bıçaqla qardaşı arvadı Rahilə Əliyevi və onun oğlu Bəhruz Əliyevi qətlə yetirib.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə), 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilib.
Kamal Məmmədov


