Icma.az
close
up
RU
Qardaşını taxta parçası ilə vurdu, bəraət hökmü ləğv edildi

Qardaşını taxta parçası ilə vurdu, bəraət hökmü ləğv edildi

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Zəminə Vəliyevanın (ad, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya protesti təmin edilib, zərərçəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin olunub. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi haqqında Səbail Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli hökmü ləğv olunub. O, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Zəminə Vəliyevanın barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.


İttihama görə, hadisə 18 aprel 2024-cü il tarixdə, saat 15 radələrində paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.


Belə ki, Zəminə Vəliyeva ailə üzvüləri ilə birlikdə yaşadıqları mənzilin ona aid olan otağından televizoru və anası aid geyim paltarlarını götürüb mənzilin eyvanına yığıb. Buna görə qardaşı, zərərçəkmiş Kamil Vəliyev (adı, soyadı şərtidir) ona irad bildirib və onların arasında mübahisə başlayıb. Bu zaman qadın hadisə yerindən götürdüyü uc hissəsində mıx olan taxta parçası ilə qardaşına zərbələr vurub. Nəticədə Kamilin sol əlinin V daraq sümüyünün qapalı sınığı və sağ əlin ovuc səthinin əzilmiş yarası kimi həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurub.


Səbail Rayon Məhkəməsinin hökmü ilə Zəminə Vəliyevanın təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxs isə apellyasiya şikayəti vermişdi.


Qeyd: Zəminə Vəliyeva “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Uçuşların İstehsalı İdarəsində Təyyarə Bələdçiləri Xidmətində təyyarə bələdçisi vəzifəsində işləyir. 

Kamal Məmmədov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://pravda.az
archiveBu xəbər 27 May 2025 08:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see167

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see133

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see130

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see124

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see119

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see117

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see117

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see117

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see116

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see115

Ukrayna Prezidenti ABŞ ı Rusiyaya qarşı yeni sanksiya tətbiqinə çağırıb

28 May 2025 12:17see115

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see115

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see115

Çaki öldü

29 May 2025 00:07see114

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see113

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113

Ətirşahdan Qurban bayramına özəl MÖHTƏŞƏM KAMPANİYA!

28 May 2025 12:49see113

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb

28 May 2025 14:27see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri