Icma.az
close
up
RU
Sağa sola dönmə işıqları boşuna istehsal edilməyib, səbəbsiz quraşdırılmayıb, istifadə edilməlidir Video

Sağa sola dönmə işıqları boşuna istehsal edilməyib, səbəbsiz quraşdırılmayıb, istifadə edilməlidir Video

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Siqnal işıqları avtomobilinizin hansı istiqamətdə hərəkət edəcəyini göstərir. Hər bir avtomobil dönməzdən və ya zolaq dəyişdirməzdən əvvəl siqnal işıqlarından istifadə etmək məcburidir. Bu barədə yol hərəkəti ilə bağlı qaydalarda məlumatlar yer alsa da, bəzi sürücülər ya qaydalardan xəbərsizdir, ya da “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət edib, hərəkətdə olduğu zaman sağ və ya sol işıqları yandırmadan, arxasında olan avtomobilləri xəbərdar etmədən, sağa və ya sola dönüş edir. Bu da ya qəza ilə nəticələnir, ya da ən yaxşı halda arxadakı sürücünün əsəbləşərək, bu davranışı həyata keçirən sürücünü təhqir etməsi ilə. Yəni bu vəziyyətdə başqa variant olmur...

Unutmadan xatırladaq ki, bu lampalar LED və ya halogen lampalardan istifadə edərək konfiqurasiya edilir və yüksək görünürlük təmin edir. Bundan əlavə, siqnal işıqlarının nasazlığı və ya düzgün istifadə edilməməsi ciddi yol qəzalarına səbəb ola bilər, buna görə də müntəzəm yoxlama və texniki xidmət vacibdir.

Yeri gəlmişkən qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 98-ci maddəsinə görə, tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. Yəni avtomobilinizdə xarici işıq cihazları ilə bağlı problem yaşayırsınızsa, mütləq bunu aradan qaldırın. Əks halda, bu nasazlığı aradan qaldırmadan avtomobilinizdən istifadə edə bilməzsiniz.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 May 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri