BDU nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 30 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) 9 tələbəsi “Codelandia” MMC-nin kibertəhlükəsizlik sahəsi üzrə 6 aylıq intensiv təlim proqramı üçün elan edilmiş I və II xüsusi təqaüd proqramlarının qalibi olub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, proqram BDU və “Codelandia” MMC arasındakı əməkdaşlıq haqqında anlaşma memorandumu çərçivəsində həyata keçirilib.
Təlim proqramı beynəlxalq təcrübə əsasında hazırlanıb və real hücum simulyasiyaları praktiki tapşırıqlar ilə təkmilləşdirilərək, tələbələrin sahəyə tam hazır mütəxəssis kimi yetişməsinə imkan yaradır. Proqramın sonunda uğurlu tələbələrin beynəlxalq sertifikata çıxışı təmin olunur.
Qeyd edək ki, müraciətlər aktivdir və hazırda da növbəti qruplar üçün tələbələrin qəbulu davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 30 May 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















