Icma.az
close
up
RU
Qardaşının qonşusu tərəfindən döyüldüyünü görüb onu bıçaqladı

Qardaşının qonşusu tərəfindən döyüldüyünü görüb onu bıçaqladı

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Gəncə Ağır Cinayətlər Məhkəməsi Şəmkir rayonunda qonşusunu bıçaqlayaraq ağır xəsarət yetirməkdə ittiham olunan 39 yaşlı Amil Məmmədovu (ad və soyad şərtidir) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə təqsirli bilib.

Məhkəmə təqsirləndirilən şəxsə 3 il azadlıqdan məhrum etmə cəzası təyin edib, lakin əvvəlki 2 ay həbs müddətini çıxmaqla qalan 2 il 10 ay cəzanı şərti hesab edərək, 1 il 6 ay sınaq müddəti müəyyən edib. Hökm 27 noyabr 2025-ci il tarixində çıxarılıb və hələ qanuni qüvvəyə minməyib.

BAKU.WS-in məlumtına görə, hadisə 8 iyul 2025-ci il gecə saatlarında Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində baş verib.

Təqsirləndirilən şəxs qardaşı Muradın qonşusu Elnur Vəliyev (ad və soyad şərtidir) tərəfindən döyülməsini öyrənib. Qardaşını qan içində görən Amil Məmmədov evdən mətbəx bıçağı götürərək Elnurun evinin qarşısına gedib.

Orada mübahisə yaranıb və təqsirləndirilən şəxs bıçaqla qonşusunun döş qəfəsinə və qarın nahiyyəsinə bir neçə zərbə vurub. Nəticədə Elnur ağır xəsarətlər alıb: qarın divarının deşilmiş-kəsilmiş yarası bağırsaq və pankreası zədələyib, daxili qanaxmaya səbəb olub.

Tibbi ekspertiza bu xəsarəti həyat üçün təhlükəli ağır zərər kimi qiymətləndirib. Bıçaq kustar üsulu ilə hazırlanmış mətbəx aləti kimi tanınıb və soyuq silah hesab edilməyib.

Məhkəmə istintaqında Amil özünü tam təqsirli bilib, əməlini etiraf edib və peşman olduğunu bildirib. O, hadisədən sonra könüllü olaraq polisə təslim olub. Zərərçəkmiş Elnur da ifadəsində barışdıqlarını, şikayətinin olmadığını və dəymiş zərərin ödənildiyini qeyd edib. Şahidlər də hadisəni təsdiqləyib, lakin birbaşa şahid olmadıqlarını bildiriblər. Ekspertiza rəyləri, protokollar və digər sübutlar təqsirləndirilən şəxsin əməlini tam sübut edib.

Məhkəmə cinayətin ictimai təhlükəliliyini, təqsirləndirilən şəxsin peşmançılığını, azyaşlı övladlarının olmasını (üç uşaq), zərərçəkmişlə barışmasını və müsbət xarakteristikanı nəzərə alıb. Cəza yüngülləşdirici hallar əsasında şərti tətbiq edilib. Təqsirləndirilən şəxs sınaq müddətində yaşayış yerini dəyişmək istədikdə polisə məlumat verməli və nəzarət altında olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 Dekabr 2025 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri