Icma.az
close
up
RU
Qardaşlıq, etimad və ortaq məqsədlər Azərbaycan Qazaxıstan əlaqələrinin əsasını təşkil edir

Qardaşlıq, etimad və ortaq məqsədlər Azərbaycan Qazaxıstan əlaqələrinin əsasını təşkil edir

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan və Qazaxıstan tarixdən gələn qardaşlıq bağları, ortaq mədəni irs və strateji məqsədlər əsasında münasibətlərini daim inkişaf etdirən iki dost dövlətdir. İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsi son illərdə dövlət başçılarının intensiv görüşləri ilə daha da möhkəmlənib. Son üç ildə Prezident İlham Əliyevin Qazaxıstana yeddi, Prezident Kasım-Jomart Tokayevin isə Azərbaycana altı dəfə səfəri bu əlaqələrin yalnız rəsmi deyil, həm də dərin etimad üzərində qurulduğunu göstərir.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında Qazaxıstana dövlət səfəri münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu təsdiqlədi. Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi və mühüm sənədlərin imzalanması siyasi, iqtisadi və təhlükəsizlik müstəvisində əməkdaşlığın genişləndirilməsi niyyətinin real ifadəsidir. İmzalanmış sənədlər strateji tərəfdaşlığın yalnız kağız üzərində deyil, konkret fəaliyyət planları ilə dəstəkləndiyini nümayiş etdirir. Dövlət başçıları mətbuata bəyanatlarında xalqlarımızı birləşdirən qardaşlıq dəyərlərinə xüsusi toxundular. Prezident İlham Əliyevin “Bizim münasibətlərimiz xalqlarımızın təbiətindən gələn bağlılıqdır” fikri Azərbaycanın Qazaxıstanla əlaqələrə verdiyi yüksək qiymətin rəmzidir. Qazaxıstanın da hər zaman ölkəmizə mənəvi dəstək göstərməsi bu qardaşlığın sarsılmaz olduğunu sübut edir. 44 günlük Vətən müharibəsi zamanı Qazaxıstanın beynəlxalq platformalarda Azərbaycanın haqq işinə verdiyi dəstək bunun bariz nümunəsidir.

İqtisadi əlaqələrin genişləndirilməsi səfərdə önəmli gündəm mövzusu oldu. Ticarət dövriyyəsinin yaxın illərdə 1 milyard dollar həddinə çatdırılması hədəfi, enerji və nəqliyyat şəbəkələrinin əlaqələndirilməsi, yeni investisiya layihələri inkişafın əsas istiqamətlərini müəyyənləşdirir. Orta Dəhliz çərçivəsində iki ölkə tranzit-logistika mərkəzi kimi çıxış edir və bu, bütün Avrasiya üçün iqtisadi inteqrasiyanın yeni xəttini yaradır. Zəngəzur dəhlizinin açılması ilə Qazaxıstanın Avropaya çıxışı daha da asanlaşacaq, Azərbaycan isə bölgədə nəqliyyat qovşağı kimi rolunu daha da gücləndirəcək. Səfər zamanı süni intellekt, rəqəmsal iqtisadiyyat və innovasiyalar sahəsində əməkdaşlıq məsələləri də geniş müzakirə edildi. Bu sahədə birgə layihələrin həyata keçirilməsi gələcək nəsillər üçün yeni imkanlar açacaq və tərəfdaşlığın modern texnologiyalar hədəfinə uyğun inkişafını təmin edəcək.

Prezident İlham Əliyev regionda sülhün və təhlükəsizliyin bərqərar olması məsələsinə də diqqət çəkdi. Ermənistanla münasibətlərin normallaşması istiqamətində əldə olunan irəliləyişlər təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün yeni sabitlik modelidir. Dövlət başçısının bəyanatları bir daha göstərdi ki, sülh yalnız silahların susması deyil, iqtisadi inteqrasiya və qarşılıqlı maraqlar üzərindən davamlı əməkdaşlığın qurulmasıdır.

Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq münasibətlərin ideoloji dayaqlarından biridir. Azərbaycan və Qazaxıstan türk dünyasının birliyi və güclənməsi üçün fəal şəkildə birgə fəaliyyət göstərirlər. Bu gün Azərbaycan və Qazaxıstan təkcə strateji tərəfdaş deyil, həm də Avrasiyada yeni geosiyasi nizam yaradan iki güc mərkəzidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan siyasət sayəsində Azərbaycan regional sülhün təminatçısı, qlobal iqtisadi layihələrin aparıcı iştirakçısıdır. Qazaxıstanla əlaqələr isə bu mövqenin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan–Qazaxıstan münasibətləri təkcə bu günün deyil, gələcəyin də inkişaf xəritəsini müəyyənləşdirir. Tarixi əlaqələrin üzərində yüksələn əməkdaşlıq modeli Türk dünyasının həmrəyliyini gücləndirəcək, Avrasiyanın sabitlik və rifahına əhəmiyyətli töhfələr verəcək.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri