Qarlı hava su təchizatına təsir etməyib RƏSMİ
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, sayğaclarda baş verən donvurma və ya digər nasazlıqlarla bağlı 955 Çağrı Mərkəzinə, eləcə də aidiyyəti şöbələrə hər hansı müraciət daxil olmayıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat verib.
Bildirilib ki, hazırda su təchizatı və kanalizasiya sistemlərində şaxtalı hava şəraiti ilə əlaqədar ciddi problem qeydə alınmayıb, xidmətlər adi rejimdə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, ADSEA bundan əvvəl qış aylarında su sayğaclarının və açıq hava şəraitində yerləşən boru xətlərinin donmadan qorunması üçün abonentlərə çağırış edib, qabaqlayıcı tədbirlərin görülməsini tövsiyə etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 21 Yanvar 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















