Qarlı və küləkli hava şəraitinin olduğu bu günlərdə NİİM in müşahidə kameraları tərəfindən 45 qəza qeydə alınıb
Icma.az, Xalq qazeti-ə istinadən bildirir.
Yolların buz bağlaması yol-nəqliyyat hadisələrinin baş verməsinə, texniki nasaz avtomobillərin yolda qalması sıxlıqların yaranmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, paytaxt ərazisində qarlı və küləkli hava şəraitinin olduğu gündən 26 fevral tarixinə qədər NİİM-in müşahidə kameralarının təsir zonasında 45 qəza baş verib, 61 texniki nasaz avtomobil yolda qalıb. Müvafiq tədbirlər görülməsi üçün dərhal Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına məlumat verilib.

Küləkli hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb
05 Noyabr 2024 10:26
Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq
18 Fevral 2025 14:53
Mərkəz: Qarlı və küləkli havada Bakıda 45 yol qəzası olub
27 Fevral 2025 10:51
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq
12 Fevral 2025 13:33
