Qarlı yolda mikroavtobus belə aşdı Video
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün səhər saatlarında Zaqatala rayonunda mikroavtobus aşıb.
“Qafqazinfo” xəbər verir ki, Zaqatala şəhəri ilə Muğanlı qəsəbəsi arasında fəaliyyət göstərən “Mercedes” markalı marşrut mikroavtobusu Aşağı Tala kəndində sürücünün idarəetməsindən çıxıb.
Nəqliyyat vasitəsi qarlı və sürüşkən yolda ağaca çırpılaraq yolun kənarına aşıb.
DİN-in Mətbuat xidmətinin Şəki Regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, qəzaya uğrayan avtobusda sürücü və iki sərnişin olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə anının görüntülərini təqdim edirik:

Nazim qarlı havada yolda qaldı Video
20 Fevral 2025 22:23
Prado nun qarlı yolda Çətin anları VİDEO
26 Fevral 2025 12:40
Xocasəndə mikroavtobus yol kənarına aşdı VİDEO
09 İyul 2025 18:31
Qarlı hava: Polis vətəndaşlara belə kömək edir Video
21 Fevral 2025 16:33
Ronaldodan qarlı havada çılğınlıq VİDEO
25 Dekabr 2024 07:58

