Qarpız qabığının sağlamlıq üçün FAYDALARI
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Qarpızın şirin iç hissəsini yedikdən sonra qabığını tullamaq əvəzinə ondan qida kimi istifadə etmək tövsiyə olunur. ABŞ Kənd Təsərrüfatı Departamenti (USDA) qarpız qabığını qida məlumatları bazasına daxil edib.
Bizim.Media xəbər verir ki, USDA-nın məlumatına görə, toxumsuz çiy qarpız qabığının təxminən stəkanın üçdə biri həcmində 10 kalori, 1 qram lif, 140 milliqram kalium və 4 milliqram C vitamini var.
Mütəxəssislər bildirirlər ki, qarpız qabığı antioksidantlarla zəngin olan qarpızın şirin iç hissəsini əvəz etmir. Lakin əlavə qida maddələri əldə etmək və qida israfını azaltmaq üçün faydalı seçim hesab olunur.
Qarpızın orta hesabla 70 faizini iç hissə, 30 faizini isə qabıq təşkil edir. Araşdırmaya görə, istehlakçıların 62 faizi qabığın hamısını tullayır. Halbuki qabıq müxtəlif yeməklərdə istifadə edilə bilər.
Qarpız qabığını smuziyə əlavə etmək, salatlarda istifadə etmək, turşuya qoymaq, bişirmək və Asiya üslubunda isti yeməklərə qatmaq mümkündür.
Mütəxəssislər qabığı istifadə etməzdən əvvəl qarpızı axar suda yaxşıca yumağı tövsiyə edirlər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 30 Avqust 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















