Icma.az
close
up
RU
Qarpızı necə seçək ki: ZƏHƏRLƏNMƏYƏK?

Qarpızı necə seçək ki: ZƏHƏRLƏNMƏYƏK?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Yay aylarında qarpız yüksək su tərkibi sayəsində isti günlər üçün ideal və sərinlədici seçim sayılır.

Lakin hər yay mövsümündə qarpızdan zəhərlənmə halları ilə bağlı xəstəxanalara müraciət edənlərin sayı artır.

Zəhərlənmənin əsas səbəblər arasında məhsulun vaxtından əvvəl yığılması, saxlanma şəraitinə əməl olunmaması, satış zamanı gigiyena qaydalarının pozulması və bəzən də süni yetişdirmə üsulları dayanır. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən qida eksperti Seymur Qafarov bildirdi ki, zəhərlənmələr qarpızın yetişdirilmə, saxlanılma şəraitindən asılıdır:

“Yay mövsümündə qarpıza tələbatın artması ilə yanaşı, qida zəhərlənməsi hallarının çoxalması müşahidə olunur. Bu tendensiya qida təhlükəsizliyi nöqteyi nəzərdən daima diqqətdədir və ictimai sağlamlıq baxımından risk dəyərləndirməsi tələb edir. 

Qarpızdan zəhərlənmənin əsas səbəblərindən biri tez yetişdirilmə məqsədilə istifadə olunan kimyəvi gübrələr düzgün dozada tətbiq edilmədikdə insan sağlamlığı üçün təhlükəli nitritlərə çevrilir. Bu, mədə-bağırsaq pozuntuları və hətta qan oksigen çatışmazlığı ilə nəticələnə bilər. 

Həmçinin yetişməmiş, çatlamış və ya açıq havada saxlanılan qarpızların səthində mikroorqanizmlər sürətlə artaraq potensial toksik təsirlər yarada bilər. Yol kənarlarında, toz və qazın təsiri altında, günəş altında saxlanılan qarpızlar kontaminasiyaya açıq qalır. Bu amil xüsusilə kəsilmiş halda satılan məhsullarda risk faktoru kimi önə çıxır”. 

Onun sözlərinə görə, qarpız alarkən bir neçə məqama xüsusi diqqət yetirmək lazımdır: 

“Qarpızın mövsümə uyğun olaraqluq iyulun sonu  - avqustun əvvəli alınması tövsiyə olunur. Mat qabıqlı, qurumuş saplaqlı və alt hissəsi tünd sarı rəngli olmalıdır. Həmçinin satış yeri yol kənarında deyil, xüsusi sanitar – gigiyenik şəraitdə olmalıdır. 

Qarpız kəsməzdən əvvəl ilıq su ilə yaxşıca yuyulmalı və qurudulmalıdır. Qarpız tərkibinə görə həm maye balansını qoruyan, həm də yay mövsümünə uyğun enerji qaynağıdır. 

Lakin düzgün seçim və saxlanma praktikasına əməl edilmədikdə, sağlamlıq üçün risk yarada bilər”. Qida təhlükəsizliyi üzrə ekspert kimi, məsuliyyətli istehlakçılıq davranışının təşviqi və normativ biliklərin tətbiqi bu sahədə zəruridir”.

Gülər 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 İyul 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri