Icma.az
close
up
RU
Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama cəhdi hansı cəzanı ehtiva edir?

Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama cəhdi hansı cəzanı ehtiva edir?

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama – Azərbaycan Respubkikası Cinayət Məcəlləsinin 278 maddəsi.
Azərbaycan Respublikasının konstitusiya quruluşuna qarşı yönələn ən təhlükəli cinayətlərdən biridir və dövlətçilik fəlsəfəsinin, suverenliyin, qanunun aliliyinin qorunmasında mərkəzi rol oynayır. Bu maddə yalnız bir hüquqi norma deyil, dövlətin siyasi müstəqilliyinin, xalqın seçki hüququnun və idarəetmə institutlarının toxunulmazlığının təminatıdır. Bu cinayətin predmeti hakimiyyətin legitimliyidir. Konstitusiya müəyyən edir ki, hakimiyyətin mənbəyi xalqdır və yalnız xalq öz iradəsi ilə, sərbəst seçkilər vasitəsilə dövlət başçısını, parlamenti və digər icra, qanunverici strukturları formalaşdıra bilər. Bu mexanizmin zorakı üsullarla pozulması dövlətin təməl sütunlarını dağıdan təhlükə kimi qəbul edilir. Hakimiyyətin zorla ələ keçirilməsi silahlı qiyam, çevriliş, dövlət binalarının güc yolu ilə ələ keçirilməsi, konstitusion quruluşu devirmək niyyəti ilə təşkil olunan iğtişaşlar, hərbi hissələrin qanunsuz olaraq dövlət idarəçiliyinə müdaxiləsi və digər zorakı formalar şəklində özünü göstərir. Hakimiyyətin zorla saxlanılması isə artıq əldə edilmiş və legitimliyi olmayan hakimiyyəti güc vasitələri ilə qoruyub saxlamaq cəhdlərini əhatə edir, yəni bu yalnız ilkin zor tətbiqi ilə hakimiyyəti götürmək deyil, həm də onu qeyri-qanuni qaydada davam etdirməkdir.
Bu cür əməllər dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə eyni xarakter daşıyır və maddənin əsas mahiyyəti də budur ki, istənilən zorakı fəaliyyət yolu ilə konstitusion nizamın dəyişdirilməsinin qarşısını almaq. Dövlətin strukturları olan parlament, prezident institutu, məhkəmə hakimiyyəti, icra hakimiyyəti və onların qarşılıqlı əlaqə sistemi hüquqi dövlətçilik anlayışının əsasıdır. Bu sistemin zorla dəyişdirilməsi yalnız siyasi deyil, həm də hüquqi və təhlükəsizlik baxımından böyük fəsadlar yaradır. Məhz buna görə cəza siyasəti ən sərt formada müəyyən olunub, belə ki, on ildən on beş ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs. Bu, dövlətin belə təhlükələrə qarşı sıfır tolerantlıq prinsipini əks etdirir.
Maddənin qeyd hissəsi isə hüquqi siyasətin humanist tərəfini göstərir. Burada dövlət təhlükəsizliyinə qarşı yönəlmiş ağır cinayətin qarşısının alınması üçün könüllü məlumat vermiş şəxslərə hüquqi imtiyaz tanınır. Əgər şəxs bu cinayəti törətmək niyyətində olsa da, dövlət orqanlarına vaxtında məlumat verərək zərərin qarşısının alınmasına real şəkildə kömək edirsə və başqa cinayət törətməyibsə, o, cinayət məsuliyyətindən azad edilə bilər. Bu mexanizm iki məqsədə xidmət edir ki, birincisi, dövlət çevrilişinin və ya konstitusiyaya qarşı zorakı addımların qarşısının alınması, ikincisi isə cinayətkar qrupların içərisində parçalanma yaratmaqla belə əməllərin reallaşmasını çətinləşdirmək. Bu norma dövlətin preventiv siyasətinin mühüm elementidir, çünki cinayətin cəzasından daha çox, onun baş verməməsi daha önəmlidir.
Maddənin geniş hüquqi mənası ondan ibarətdir ki, dövlət konstitusiyanın dəyişdirilməsini yalnız demokratik və hüquqi üsullarla mümkünsüz saymır, hətta bu məqsədlə güc tətbiqini dövlətə və xalqa təhlükə kimi qiymətləndirir. Hakimiyyətin zorakı yolla dəyişdirilməsi cəmiyyətin sabitliyini pozur, hüquqi sistemin fəaliyyətini iflic edir, vətəndaşların təhlükəsizlik hissini itirir və ölkəni xaos, qarşıdurma və hüquqsuzluq mühitinə çəkir. Bu səbəbdən maddə 278 dövlətin siyasi sabitliyinin və hüquqi legitimliyinin qorunmasında ən vacib cinayət-hüquq normalarından biridir.
Əli İbrahimov, hüquqşünas
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Dekabr 2025 00:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri