Qars və Ağdam şəhərləri qardaşlaşacaq
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Türkiyənin Qars şəhəri ilə Ağdam şəhəri qardaşlaşacaq.
Bu barədə APA-nın Türkiyə bürosuna Azərbaycanın Qars şəhərindəki Baş konsulu Zamin Əliyev məlumat verib.
Baş konsul bildirib ki, hazırda Qars və İğdırda Azərbaycan Ticarət Evlərinin açılması imkanları nəzərdən keçirilir. Bununla yanaşı, Türkiyə və Azərbaycan şəhərləri arasında körpü yaratmaq üçün şəhərlərin qardaşlaşması prosesi aparılır.
Baş konsulluğun əhatəsinə daxil olan şəhərlərlə əlaqələr gücləndirilir:
“Ərzurum ilə Şuşa arasında qardaşlıq əlaqələri qurulub. Qars və Ağdam şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulması nəzərdə tutulur. Düşünürəm ki, Azərbaycan və Türkiyə şəhərləri arasında qardaş əlaqələrinin qurulması iki ölkə arasında əməkdaşlığa böyük töhfə verir”, – Baş konsul qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 04 Mart 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















