Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ankara, 6 noyabr, AZƏRTAC
Türkiyənin Qars şəhərində 8 Noyabr - Zəfər Günü və Türkiyənin Respublika Günü münasibətilə voleybol üzrə Zəfər Turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, AzərbaycaNBnın Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Qarsdakı Baş Konsulluğu, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Qars Bələdiyyəsi və Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Klubunun birgə təşkilatçılığı ilə baş tutan oyunlar üç gün (4-6 Noyabr) davam edib.
Qafqaz Universitetinin müxtəlif fakultələrinin tələbələrindən ibarət 8 komandanın iştirak etdiyi turnirin yekununda İdman Elmləri Fakültəsinin voleybolçuları qalib gəliblər. Baytarlıq Fakültəsinin komandası ikinci, İqtisadiyyat Fakültəsinin komandası isə üçüncü yerdə bərqərar olub.
Noyabrın 6-da baş tutan final və üçüncülük uğrunda qarşılaşmalardan sonra komandalara kubok, sertifikatlar təqdim edilib.
Mərasimdə baş konsul Qoşqar Zeynalov, diplomatik missiyamızın əməkdaşları, universitetin müəllim və tələbə heyəti iştirak ediblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 06 Noyabr 2026 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















