Icma.az
close
up
RU
Qarşıdakı 20 ildə dünyanı hansı siyasi təlatümlər gözləyir?

Qarşıdakı 20 ildə dünyanı hansı siyasi təlatümlər gözləyir?

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gələcək dünyanın siyasi proqnozlarını hazırlayan  ABŞ Milli Kəşfiyyat Şurasının 2040-cı ilə qədər verilmiş futuroloji proqnoz-təhlilərində dünyanı qarşıkı 20 ildə nələrin gözlədiyi əks edilib.

Bu trendlər hansılardır?

Qarışıq və gərgin illər bir sıra aspektləri özündə ifadə edəcək.

-Pandemiyadan sonra başlanmış iqtisadi böhran son 20 ildə formalaşmış orta təbəqəyə zərbə vuracaq və bu təbəqə hökümətlər üçün əsas problemə çevriləcək.

-Millətçilik artacaq. Milli-dini və mədəni qruplar ictimai rəyi müəyyən edəcək faktora çevriləcək.

-Vətəndaş kimliyi zədələnəcək.

-Sosial şəbəkələr ictimai rəy liderlərini yetişdirəcək və onların nəzarətində böyük sayda viral qruplar yaranacaq.

Güc getdikcə məzmun generatorlarına və onu görən arbitrlərə məxsus olacaq. Sosial media platformaları şəxsiyyət qruplarını gücləndirəcək və ya yeni və gözlənilməz qruplaşmalar yaradacaq.

-Sürətli sosial və iqtisadi dəyişikliklərin təsirindən didərgin düşdüyünü hiss edən bir çox insanlar köhnə ənənələrin pozulmasından narazıdırlar. Onlar başa düşürlər ki, başqaları sistemdən öz hesablarına faydalanır.

-Korrupsiya hökumətlər üçün ən ciddi problemə çevriləcək. Cəmiyyət iqtisadi böhran nəticəsində gəlirlərinin azalmasını əsas səbəbini bu faktorda görəcək. Korrupsiya hökumətə inamı sarsıdır. İnsanların siyasi gücün zəngin elitada cəmləşdiyi hökumətlərə etibarını zəiflədir. Təhlilə görə, korrupsiya hazırda siyasi dəyişikliklərə ehtiyacı müəyyən edən ən dominant amillərdən biridir.

Maraqlı olan məsələ süni intellektlə bağlıdır.

-Süni intellekt, 5G və İnternetə çıxışı genişləndirən digər texnologiyalar inkişaf etdikcə insanların nəyin real olduğunu müəyyən etməkdə çətinlik çəkəcəklər. Bu isə ictimai etimadı daha da sarsıda bilər.

-Bərpa olunan enerji mənbələrinə keçid rəqabəti artıracaq.

Təhlillərdə qeyd olunur ki, qlobal və yerli problemlər, o cümlədən iqtisadi gərginliklər, demoqrafik dəyişikliklər, ekstremal hava hadisələri və sürətli texnoloji dəyişikliklər dünya əhalisinin böyük hissəsi tərəfindən fiziki və sosial təminatsızlıq anlayışını artırır.

COVID-19 pandemiyası bu iqtisadi və sosial problemləri daha da gücləndirir. Bir çox insanlar, xüsusən də daha az qazancı olanlar öz perspektivləri ilə bağlı getdikcə pessimist olur. Onlar hökumətin fəaliyyətindən məyus olur və hökumətlərin elitalara üstünlük verdiyinə və ya yanlış siyasət apardığına inanırlar.

Nefti daha səmərəli və ucuz çıxara bilən və ya iqtisadiyyatlarını şaxələndirə bilən hökumətlər keçiddən daha yaxşı çıxa biləcəklər.

Futuroloq-təhlilçilər bildirir ki, yeni imkanlardan istifadə edən, təzyiqlərə uyğunlaşan, artan sosial problemləri idarə edən, öz əhalisinin təhlükəsizliyini və iqtisadi rifahını təmin edən hökumətlər öz legitimliyini qoruya biləcək.

Xaqani SƏFƏROĞLU

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azpost.info
archiveBu xəbər 16 Mart 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri