Icma.az
close
up
RU
Münasibətlər qarşılıqlı maraqların əsasında qurulub

Münasibətlər qarşılıqlı maraqların əsasında qurulub

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mart ayının 11-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova Azərbaycana rəsmi səfər edib. Qeyd etmək lazımdır ki, bu, Prezident Davkovanın ölkəmizə artıq ikinci səfəridir.

Səfər çərçivəsində iki ölkənin dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Bu görüşlər əsnasında vacib məsələlər müzakirə olunub. Ötən ilin noyabr ayında Şimali Makedoniya Prezidenti COP29-da iştirak etmək məqsədilə Azərbaycanda olmuşdur.
Dövlət başçılarının keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında belə bir məqamı xüsusi olaraq vurğuladı ki, hazırda Azərbaycan-Şimali Makedoniya münasibətlərinin inkişafı üçün fəal iş aparılır. Ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır və bu əlaqələrin daha da inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır.
Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, son ayların ən mühüm müsbət əlaməti iki ölkə arasında energetika sahəsində əməkdaşlığa başlanmasıdır. Azərbaycan qazı keçən ilin sonlarında artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu il artıq müntəzəm olaraq Azərbaycan bu Cənub-Şərqi Avropa ölkəsinin də bazarını təbii qazla təmin edəcək. Gələcəkdə isə Azərbaycan lazım olan həcmdə qaz təchizatını artıra bilər. Çünki ölkəmiz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Şimali Makedoniya Respublikası arasında ikitərəfli münasibətlərin artıq 30 illik tarixi vardır. Belə ki, 25 iyun 1995-ci il tarixində Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 28 iyun 1995-ci ildə qurulmuşdur. Hazırda Şimali Makedoniyanın Azərbaycanda akkreditə olunmuş səfirliyi fəaliyyət göstərir. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına ciddi əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Bu gün xalqlarımız arasında əməkdaşlığa ehtiyac duyulan sahələrdən biri də məhz humanitar sahədir. Bu baxımdan Şimali Makedoniya Prezidentinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan XII Qlobal Bakı Forumunda iştirakı da xüsusi əhəmiyyət kəsb edir.
Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın Azərbaycana martın 11-də baş tutmuş rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə keçidinə güclü zəmin yaradacaq.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Mart 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri