Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Qarşılıqlı etimad, səmərəli əməkdaşlıq və yüksək nüfuz: Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib

Qarşılıqlı etimad, səmərəli əməkdaşlıq və yüksək nüfuz: Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibədə dövlətimizin beynəlxalq arenada qazandığı uğurları və xarici siyasətinin strateji məqsədlərini diqqətə çatdırıb. Müsahibədə dövlətimizin başçısı Azərbaycanın regional və qlobal məsələlərin həllinə verdiyi mühüm töhfələri vurğulayıb.

Azərbaycanın beynəlxalq əlaqələri son illərdə sürətlə genişlənmiş, xüsusilə Çin ilə qurulan yaxın əməkdaşlıq ölkəmizin xarici siyasətində mühüm bir mərhələni təşkil edir. Bu münasibətlər Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən və siyasi baxımdan strateji əhəmiyyət daşıyan bir addım olub. Dövlət başçısı müsahibəsində qeyd edib ki, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular: “Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”.

Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq üzrə imzalanan Bəyannamə iki ölkə arasında etimad və əməkdaşlığın göstəricisidir. Həmin sənəd Azərbaycanın dünya iqtisadiyyatında mühüm rol oynayan ölkələr, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS-ə üzv dövlətlərlə əlaqələrini daha da gücləndirir. Bu istiqamətdə yeni perspektivlər Azərbaycanın qlobal və regional arenada artan rolunun bir təzahürüdür. Həmçinin, Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş qismində iştirak ölkəmizin iqtisadi sferalarda əldə etdiyi dividentlərin artırılmasına yönəlik mühüm təşəbbüslərdir. Azərbaycanın Çin və Mərkəzi Asiya ölkələri ilə yaxın əlaqələri, eyni zamanda, Xəzər və Cənubi Qafqaz regionundakı rolu ölkəmizin beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində sabit mövqeyini nümayiş etdirir.

Azərbaycanın coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və fəal beynəlxalq əlaqələri ölkəni Şərqdən Qərbə gedən əsas tranzit yolunda mühüm bir aktora çevirir. Bu strateji yanaşma ölkəmizin regionlararası əməkdaşlıqda liderlik rolunu gücləndirməsinə imkan verir. Azərbaycan həm regional sabitliyin təmin edilməsi, həm də iqtisadi inkişafın təşviqində mühüm rol oynayaraq, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal məsələlərin həllinə töhfələr verir.

Dövlətimizin başçısı, həmçinin müsahibədə Azərbaycanın Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzaladığını diqqətə çatdırıb: “Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalamışıq. Şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır...”.

Azərbaycanın şaxələnmiş xarici siyasətini yalnız siyasi münasibətlər baxımından deyil, həm də konkret əməli nəticələrə əsaslanan praktiki əməkdaşlıq kimi qiymətləndirmək lazımdır. Avropa İttifaqı, Türkiyə, Özbəkistan və Rusiya ilə imzalanan strateji tərəfdaşlıq və müttəfiqlik bəyannamələri Azərbaycanın regional sabitliyin təmin olunması və beynəlxalq enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində verdiyi mühüm töhfələrin bariz nümunəsidir.

Ölkəmiz beynəlxalq konfranslarda fəal iştirak edərək, mühüm məsələlərin müzakirəsində aktiv rol oynayır. 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycan COP29-a uğurla ev sahibliyi edərək Qlobal Cənub ilə Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq təşəbbüsünü irəli sürüb. İqlim dəyişikliyi ilə mübarizədə hər iki tərəf arasında əlaqələrin qurulması dövlətimizin dünya arenasında liderlik mövqeyini daha da möhkəmləndirib. Azərbaycanın bu təşəbbüsü dünya miqyasında iqlim məsələlərinə qarşı həmrəyliyin artırılmasına töhfə vermiş və inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etmək yönündə dövlətimizin fəal rolunu göstərib.

Azərbaycanın beynəlxalq mövqeyi gücləndikcə, ölkənin inkişafı və sabitliyi daha da möhkəmlənir. Liderlik ölkənin inkişafı və sabitliyi üçün böyük məsuliyyət tələb edir. Hər bir Liderin əsas vəzifəsi öz xalqının maraqlarını qorumaq və ədalətli bir şəkildə fəaliyyət göstərməkdir. Bu prinsip Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin təməlində dayanır. Dövlətimizin başçısı liderliyin ən mühüm keyfiyyətinin ədalətlilik olduğunu vurğulayıb. O, hər zaman xalqına həqiqəti söyləyərək, böyük məsuliyyətlə öz vədlərini yerinə yetirib. Ölkəmizin suverenliyi və ərazi bütövlüyünün təmin olunması istiqamətində göstərilən səylərin nəticəsi olaraq, bu gün Azərbaycan dünya miqyasında sabitlik və təhlükəsizlik məkanı kimi tanınır.

Şaxələnmiş xarici siyasət və iqtisadi yüksəliş strategiyası ölkəmizin yeni perspektivlərə doğru irəliləməsinə şərait yaradır. Azərbaycan mövcud vəziyyətini yalnız daxili siyasətinin güclənməsi ilə deyil, həm də beynəlxalq əlaqələrin genişlənməsi ilə əhəmiyyətli şəkildə inkişaf etdirir. Bu yanaşmalar dövlətimizin gələcək uğurlarını təmin edəcək və dünya miqyasında daha da qüdrətli bir mövqeyə sahib olmasına yol açacaq.

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri