Icma.az
close
up
RU
Qarşılıqlı maraqlar, yeni perspektivlər

Qarşılıqlı maraqlar, yeni perspektivlər

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu səfər bir daha təsdiqlədi ki, Azərbaycan və İtaliya təkcə siyasi və iqtisadi sahədə deyil, həm də mədəni, enerji və humanitar istiqamətlərdə möhkəm, qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq əlaqələrinə malikdir.

Azərbaycan–İtaliya münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyevin uzaqgörən xarici siyasət kursu ilə qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər, birgə bəyanatlar və enerji əməkdaşlığı sahəsində reallaşan layihələr bu tərəfdaşlığın dərin və davamlı xarakter daşıdığını sübut edir.
İtaliya bu gün Azərbaycanın Avropadakı əsas ticarət tərəfdaşlarından biridir. “Cənub Qaz Dəhlizi” layihəsinin mühüm hissəsi olan TAP (Trans-Adriatik Qaz Kəməri) vasitəsilə Azərbaycan qazının Avropaya, o cümlədən İtaliyaya çatdırılması enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu, həm İtaliyanın, həm də Avropanın enerji mənbələrinin şaxələndirilməsinə, etibarlı və uzunmüddətli əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir.
Azərbaycan və İtaliya münasibətlərini təkcə enerji sektoru ilə məhdudlaşdırmaq olmaz. Mədəniyyət, təhsil, turizm və sənaye sahələrində də əlaqələr ardıcıl olaraq genişlənir. İtaliya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərində fəal iştirak edir. Bu, dost və tərəfdaş ölkənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətinin bariz ifadəsidir.
İki ölkə arasında siyasi dialoq da yüksək səviyyədədir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, sülh və sabitliyin qorunması, regionda əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. Prezident İlham Əliyev və İtaliya Prezidenti arasında keçirilən görüşdə bu istiqamətdə atılacaq yeni addımların müzakirə olunması gələcək əməkdaşlığın perspektivlərini daha da genişləndirəcək.
Bu gün rahatlıqla demək olar ki, İtaliya–Azərbaycan münasibətləri artıq sadəcə dostluq münasibətləri deyil, əsl strateji tərəfdaşlıq nümunəsidir. Qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və uzunmüddətli sabit əməkdaşlıq prinsipləri üzərində qurulmuş bu münasibətlər həm regionda, həm də Avropada sabitlik və tərəqqiyə xidmət edir.
Azərbaycanın uğurlu xarici siyasətinin, Prezident İlham Əliyevin uzaqgörən liderliyinin və qarşı tərəfin səmimi marağının nəticəsidir ki, bu gün İtaliya ilə Azərbaycan arasında dostluq körpüləri daha da möhkəmlənmişdir.
Beləliklə, İtaliya Prezidentinin Azərbaycana səfəri hər iki xalqın dostluğunun, qarşılıqlı inam və strateji əməkdaşlığın daha da dərinləşdiyini bir daha nümayiş etdirir.

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see286

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see275

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see253

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see249

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see241

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see236

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see235

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see223

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see211

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see210

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see210

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see207

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see202

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see186

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see165

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri