Icma.az
close
up
RU
Qarşılıqlı etimad, ortaq maraqlar ŞƏRH

Qarşılıqlı etimad, ortaq maraqlar ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın mahiyyətini bir daha aydın şəkildə ortaya qoydu. Prezidentin çıxışı yalnız diplomatik nəzakət ifadəsi deyil, həmdə Azərbaycan-Gürcüstan münasibətlərinindərin tarixi köklərə, qarşılıqlı etimada və ortaq maraqlara əsaslandığını təsdiqləyən mühüm siyasi mesajidi.

Prezident İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində aparılan müzakirələr göstərir ki, Azərbaycan artıq regionda yalnız iştirakçı deyil, təşəbbüskar və istiqamətverici dövlətdir. Bu isə ölkəmizin artan siyasi nüfuzunun və müstəqil siyasət yürütmə qabiliyyətinin bariz göstəricisidir.

Gürcüstan Azərbaycan üçün təkcə qonşu ölkə deyil, eyni zamanda tarixi, mədəni və mənəvi bağlarla sıx əlaqədə olduğumuz qardaş bir dövlətdir. Bu səbəbdən yenidən Gürcüstan da olmaq mənim üçün sadəcə bir səfər deyil, həmdə xüsusi bir duyğu, dərin bir mənəvi təcrübədir. Bu torpağa hər gəlişimdə özümü yad hiss etmirəm, əksinə, doğma bir mühitdə olduğumu anlayıram. Gürcüstanın zəngin tarixi və mədəni irsi insanı ilk andan təsirləndirir.Tbilisinin qədim küçələrində gəzərkən, tarixin nəfəsini hiss etmək mümkündür.Buradakı memarlıq nümunələri, qədim kilsələr və dar küçələr sanki keçmişlə bu gün arasında bir körpü yaradır.

Cənab Prezident İlham Əliyev çıxışlarında Gürcüstanın əldə etdiyi uğurları da yüksək qiymətləndirir və bu münasibətlə Gürcüstan rəhbərliyini təbrik edir. Bu yanaşma iki ölkə arasında qarşılıqlı hörmətin və dostluğun göstəricisidir. Azərbaycan hər zaman Gürcüstanın inkişafını dəstəkləyir və bu ölkə ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

Bu gün Azərbaycan və Gürcüstan iki müstəqil dövlət kimi inamla inkişaf edir.İki ölkə arasında mövcud olan siyasi sabitlik və iqtisadi inkişaf regionda da müsbət təsir yaradır. Bu əməkdaşlıq modeli digər ölkələr üçün də nümunə ola bilər.

Eyni zamanda Azərbaycan və Gürcüstan regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində də birgə fəaliyyət göstərir. Bu əməkdaşlıq regionda sabitliyin qorunmasına və yeni münaqişələrin qarşısının alınmasına xidmət edir.İki ölkənin bu istiqamətdəki səyləri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir.

Gələcəkdə də Azərbaycan və Gürcüstan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyi və yeni uğurlara imza atılacağı şübhəsizdir. Bu əməkdaşlıq həm region, həm də beynəlxalq səviyyədə sülh, sabitlik və inkişafın təmin olunmasına mühüm töhfə verəcəkdir.

Nurlana Yusifova

YAP Samux rayon təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Aprel 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri