Icma.az
close
up
RU
Qarşılıqlı səfərlər Bakı ilə Əbu Dabi arasında münasibətlərin inkişafına öz töhfəsini verir

Qarşılıqlı səfərlər Bakı ilə Əbu Dabi arasında münasibətlərin inkişafına öz töhfəsini verir

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


“Azərbaycan dövləti xarici siyasətində Avropa ilə yanaşı Asiya, eyni zamanda Yaxın Şərq ölkələri ilə də əməkdaşlığa xüsusi önəm verir. Bu istiqamətdə rəsmi Bakının ortaya qoyduğu siyasi iradə həmin regionlarda yerləşən ölkələr tərəfindən də müsbət qarşılanıb və həmin ölkələr də yerləşdiyimiz coğrafiyada Azərbaycanla qarşılıq faydalı əməkdaşlığa üstünlük verirlər. Bu sırada Birləşmiş Ərəb Əmirliklərini də xüsusi olaraq qeyd etmək lazımdır. Müntəzəm olaraq baş tutan qarşılıqlı səfərlər Bakı ilə Əbu-Dabi arasında münasibətlərin inkişafına öz töhfəsini verir”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfərini şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, Prezident İlham Əliyevin dekabrın 17-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri Azərbaycan ilə bu ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, yüksək səviyyəli bu səfər təkcə ikitərəfli əməkdaşlığın mövcud vəziyyətini nümayiş etdirməklə kifayətlənmir, eyni zamanda qarşıdakı illər üçün strateji tərəfdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir:
“Azərbaycan və BƏƏ arasında siyasi münasibətlər qarşılıqlı hörmət, suverenliyə və daxili işlərə qarışmama prinsipləri üzərində qurulub. Birləşmiş Ərəb Əmirlikləri daim Azərbaycanı haqq işi uğrunda apardığı mübarizədə dəstəkləyib. İstər işğal dövründə beynəlxalq platformalarda Qarabağ məsələsi müzakirəyə çıxarılanda, istərə də 44 günıük Vətən müharibəsi zamanında BƏƏ mənəvi cəhətdən Azərbaycanın yanında yer alıb. Eləcə də Vətən müharibəsindən sonra regionda Azərbaycanın yaratmış olduğu yeni geosiyasi reallıqları Əbu-Dabi də qəbul edərək Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq-abadlıq işlərinə dəstək nümayiş etdirib. Bu ilin sentyabrında BƏƏ prezidentinin Şuşaya səfər etməsi və Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın prezident İlham Əliyev tərəfindən məhz Şuşada qəbul edilməsi deyilənlərin sübutudur”.
Millət vəkili onu da deyib ki, Azərbaycanın regionda artan siyasi nüfuzu və BƏƏ-nin Yaxın Şərqdə mühüm aktor olması iki ölkə arasında əməkdaşlığın geosiyasi əhəmiyyətini artırır:
“Bu baxımdan səfər qarşılıqlı etimadın möhkəmlənməsinə və uzunmüddətli tərəfdaşlıq modelinin formalaşmasına töhfə verib. Səfərin əsas prioritet istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır ki, BƏƏ Azərbaycanın qeyri-neft sektoruna, infrastruktur layihələrinə və xüsusilə azad edilmiş ərazilərin bərpasına maraq göstərən əsas investor ölkələrdən biridir. Səfər zamanı keçirilən yüksək səviyyəli görüşlərdə müzakirə edilən məsələlərdən aydın oldu ki, tərəflər qarşılıqlı investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması və birgə layihələrin icrası məsələlərinə xüsusi önəm verirlər”.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Dekabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri