Qarşımızda nə qədər böyük vəzifə olduğunu bilirik van Deyk
Icma.az, Sportal.az saytına istinadən bildirir.
"Liverpul"un müdafiəçisi Vircil van Deyk UEFA Çempionlar Liqası 1/4 final çərhələsinin PSJ ilə cavab oyunundan öncə açıqlama verib.
Sportal.az xəbər verir ki, niderlandlı futbolçu geridönüş etmək üçün komandanın maksimum səviyyədə çıxış etməli və tribunaların güclü dəstəyinə arxalanmalı olduğunu vurğulayıb:
“Şərait bəlkə bir qədər dəyişib. Amma biz özümüz üçün tanış vəziyyətdəyik. "Enfild Roud", möhtəşəm Çempionlar Liqasının gecəsi, güclü rəqib və klub olaraq birlikdə xüsusi nəsə etmək şansımız var. Qarşımızda nə qədər böyük vəzifə olduğunu bilirik. Məhz belə gecələr üçün yaşayırıq. Əgər bundan zövq ala bilmirsinizsə, məncə, düzgün idman növünü seçməmisiniz. Həm bizim oyunumuz, həm də azarkeşlərin dəstəyi ən yüksək səviyyədə olmalıdır. "Mançester Siti", "Roma", "Barselona", "Real"la oyunları xatırlayıram. Soyunub-geyinmə otağında hər kəs inanır ki, biz bunu yenidən edə bilərik".
Xatırladaq ki, Parisdə keçirilən ilk oyunda “Liverpul” 0:2 hesabı ilə məğlub olub. Qolları Dezire Due və Xviça Kvaratsxeliya vurublar. Cavab görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 14 Aprel 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















