Icma.az
close
up
RU
Deputat yeni icra başçısı ilə görüşəcək: Problemləri diqqətə çatdıracam

Deputat yeni icra başçısı ilə görüşəcək: Problemləri diqqətə çatdıracam

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin sərəncamı ilə bir şəhər, iki rayona icra başçısı təyin edilib. İcra başçısı təyin olunan raynlardan biri də Qaradağdır. Belə ki, Prezidentin sərəncamı ilə Natiq Əliyev Qaradağ rayonunun rəhbərliyinə gətirilib.

Qaradağın deputatı Aydın Hüseynov yeni təyinatla bağlı fikirlərini Modern.az-la bölüşüb:
“Yeni təyin olunan icra başçısə Natiq Əliyev uzun müddət Prezident Administrasiyasında işləyib. Bu, çox böyük təcrübə deməkdir. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, yeni başçı həm də yüksək təhsil alıb. Qaradağ rayonu da böyük bir rayondur. Qaradağ rayonunda ölkə iqtisadiyyatı və dünya əhəmiyyətli çox böyük müəssisələr fəaliyyət göstərir. Qaradağ rayonu ərazi cəhətdən, deyilənə görə, Bakının ən böyük rayonudur. Bu baxımdan da Qaradağ rayonunda daha böyük layihələrin reallaşacağı bir həqiqətdir. Natiq müəllimin həm təcrübəsi, həm Prezident Administrasiyasındakı fəaliyyəti, digər tərəfdən təhsili və elmi dərəcəsinin olması tam əminlik yaradır ki, cənab Prezidentin etimadını doğruldacaq. Eyni zamanda, Qaradağ rayonu məlumdur ki, cənab Prezidentimizin adı ilə bağlı rayondur. Çünki cənab Prezident vaxtilə bu rayondan millət vəkili seçilib. Qaradağ dövlətə, dövlətçiliyə, digər rayonlarımız kimi, bağlı insanların yaşadığı, fəaliyyət göstərdiyi bir rayondur”.

Deputat yeni icra başçısı ilə görüşəcəyini və həmin görüşdə rayon sakinlərini narahat edən məsələlərin müzakirə olunacağını da qeyd edib:

“Əlbəttə, görüşəcəyik. Eyni zamanda, məlumdur ki, uzun illərdir Qaradağ rayonunda fəaliyyət göstərirəm, 40 ilə yaxındır ki, bu rayonla bağlıyam. Yeni Azərbaycan Partiyasının uzun illər rayon təşkilatının sədri olmuşam, V və VI çağırışlarda Qaradağ rayonunu parlamentdə təmsil edirəm. Əhalinin, insanların istəkləri mənə çox bəllidir. Digər tərəfdən, əlbəttə, rayonun müəyyən problemləri də mövcuddur, görüləsi işlər də var, təkliflər də var. Bütün bunlarla bağlı, əlbəttə, hesab edirəm ki, fikir mübadiləsi aparacağıq”.

A.Hüseynov vurğulayıb ki, Qaradağ rayonunun 11 qəsəbəsinin hər birinin özünəməxsus problemləri və həlli vacib məsələləri var:

“Deputatın deyəcəyi sözlər vətəndaşların, seçicilərin, əhalinin ünvanladığı məsələlərdir. Burada müxtəlif istiqamətlərdə məsələlər var. 11 qəsəbə var, bu 11 qəsəbənin 9-nu mən təmsil edirəm. Hər bir qəsəbənin özünün spesifik görüləsi işləri də var və yaxud görülməsi ən vacib işləri də var.  Sadəcə olaraq qeyd edək ki, rayonun böyük potensialı var. Bu istiqamətdə də digər tərəfdən dövlət proqramları, bu dövlət proqramlarının icrası ilə bağlı məsələlər var. Hesab edirəm ki, yeni başçının özü də təhlillər aparacaq, öz təcrübəsi ilə müəyyən məsələlərin həllinə nail olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Sentyabr 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri