Qastroenteroloq həftədə neçə yumurtanın təhlükəsiz olduğunu açıqladı
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Qastroenteroloq Yekaterina Kaşux yumurtanın sağlamlığa təsirləri və təhlükəsiz qəbul qaydaları barədə danışıb.
Ölkə.az xəbər verir ki, onun sözlərinə görə, yumurta yüksək keyfiyyətli zülal, A, D, E və B qrup vitaminləri, eləcə də dəmir və sink kimi vacib minerallarla zəngindir. Bu səbəbdən uzun müddət toxluq hissi verir və sinir sistemi, immunitet və maddələr mübadiləsini dəstəkləyir.
Mütəxəssis yumurtanın xolesterola təsiri ilə bağlı narahatlıqların çox zaman şişirdildiyini qeyd edib. Son araşdırmalara görə, qida ilə qəbul olunan xolesterol ümumi lipid profilinə düşündüyümüz qədər ciddi təsir göstərmir və nəticə daha çox ümumi qidalanma, hərəkətlilik və genetika ilə bağlıdır.
Kaşux bildirib ki, sağlam insanlar üçün gündə 1 yumurta və ya həftədə 5–7 yumurta təhlükəsiz hesab olunur. Lakin xolesterol mübadiləsi pozğunluğu, ateroskleroz, 2-ci tip diabet, qaraciyər və öd kisəsi xəstəlikləri, eləcə də yumurta allergiyası olanların daha ehtiyatlı olması tövsiyə edilir.(E-saglam.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:315
Bu xəbər 09 Fevral 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















