Icma.az
close
up
RU
Qastronomiya üzrə beşinci “Qızıl şah” Azərbaycan Milli Kulinariya Çempionatı başlayıb

Qastronomiya üzrə beşinci “Qızıl şah” Azərbaycan Milli Kulinariya Çempionatı başlayıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 may, AZƏRTAC

8-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri çərçivəsində beşinci “Qızıl şah” Milli Kulinariya Çempionatı fəaliyyətə başlayıb.

Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.

Bildirilib ki, çempionat Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi, Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının tərəfdaşlığı (“Wordlchefs”) ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil olunur. Builki yarışlarda Azərbaycan, Türkiyə, Özbəkistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Belarus, Xorvatiya, Serbiya və Şimali Kipr Türk Respublikasını təmsil edən ümumilikdə 10 beynəlxalq komanda iştirak edir. Bununla bərabər, 30-dan çox yerli komanda, 300-dən çox aşpaz fərdi iştirakçı kimi 10-dan artıq kateqoriya üzrə mübarizə aparır.

Beşinci “Qızıl şah” Milli Kulinariya Çempionatının münsiflər heyəti 16 ölkədən olan, “Worldchefs” tərəfindən lisenziyalaşdırılmış beynəlxalq hakim-aşpazlardan ibarətdir. Dörd gün davam edəcək çempionatın keçirilməsində əsas məqsəd ümumilikdə qastronomiyanın inkişafına töhfə verməklə, qastroturizm potensialının genişləndirilməsi, qaliblərin beynəlxalq yarışlarda iştirakını, kulinariya üzrə beynəlxalq aşpazların təcrübəsinin mənimsənilməsi ilə bacarıqlarının inkişafı etdirilməsidir. Həmçinin milli mətbəx nümunələrimizin hazırlanma metodologiyasının dünya aşpazları tərəfindən öyrənilməsini, bütövlükdə ölkəmizin qastroturizm destinasiyası kimi tanınmasını təmin etməkdir.

“Qızıl şah” Milli Kulinariya Çempionatı 2024-cü ildən etibarən, həmçinin “Wordlchefs”lə birgə təşkil edilən “Gold Shah” kontinental (qitə) aşpazlar çempionatına ev sahibliyi etmək hüququnu əldə edib. Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyası (“Wordlchefs”) tərəfindən rəsmi olaraq tanınan ilk yerli çempionat kimi “Qızıl şah” Milli Kulinariya Çempionatı digər ölkələrin də komandalarını qəbul etmək imkanı qazanıb.

Bundan əlavə, beynəlxalq tanınma nəticəsində müsabiqənin qaydaları təkmilləşdirilərək daha yüksək səviyyəli hakimlər münsiflər heyətinə cəlb edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri