Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

“Qatar gedib”: Rusiyanın yenidən prosesə qoşulmaq cəhdi uğursuz olacaq

“Qatar gedib”: Rusiyanın yenidən prosesə qoşulmaq cəhdi uğursuz olacaq

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Ermənistan hələ də bəzi məsələlərdə qeyri-müəyyən mövqe tutur


Ola bilsin, müəyyən mərhələdə Rusiya prosesə qayıdaraq ABŞ-dən üstünlük əldə etsin


Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün meydança ayırmaq təklifi qüvvədə qalır.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Bununla belə, o qeyd edib ki, sülh müqaviləsinin həyata keçirilməsi üçün hələ ciddi işlər görülməlidir.

“Biz Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatları nəzərə alınmaqla, İrəvana və Bakıya qalan fikir ayrılıqlarının aradan qaldırılması üçün bütün lazımi yardımı göstərməyə hazırıq”, - Rusiya XİN başçısının müavini vurğulayıb.

Digər tərəfdən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Ermənistan heç vaxt Konstitusiyasına dəyişiklik etmək üçün heç bir üçüncü tərəf qarşısında öhdəlik götürməyib və götürməyəcək.

Onun sözlərinə görə, Konstitusiyaya dəyişiklik etmək Ermənistan vətəndaşlarının müstəsna olaraq qərar verəcəyi məsələdir və daxili siyasi gündəmin bir hissəsidir.

Mirzoyan vurğulayıb ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün bunu ilkin şərt kimi qoymağa davam etsə də, Ermənistan tərəfi belə bir tələbi qəbul etmir:

“Konstitusiyaya dəyişiklik edilməsi məsələsi bizim daxili işimizdir və dövlətimizin daxilində qəbul edilən qərarları heç bir kənar qüvvə diktə edə bilməz”.


Politoloq Əhəd Məmmədli Sherg.az-a deyib ki, biz Rusiyanı tanıyırıq = o, belə məsələlərdə heç vaxt geri qalmır:


"İndi də siyasətdə bunu açıq şəkildə görürük. Hazırda Azərbaycan-Ermənistan münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Son dövrlərdə iki ölkə arasında sülh razılaşması istiqamətində ABŞ müəyyən üstünlük əldə edib. Xatırladaq ki, Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Qəzza sammitinə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da dəvət olunmuşdu. Tramp çıxışı zamanı İlham Əliyevə müraciət etdi, sülh müqaviləsi ilə bağlı mövqeyini bildirdi. Paşinyanla da müəyyən təmaslar oldu. Rusiya isə  sanki demək istəyir ki, axı 2020-ci il 8 noyabrda bu istiqamətdə ilk razılaşma əldə edilmişdi: "Əgər aranızda hələ antaqonizm qalırsa, bizim vasitəçiliyimizlə həllini tapsın".  Digər tərəfdən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, guya heç kim onlara referendum məsələsini şərt qoya bilməz. O bildirib ki, bu, Azərbaycan tərəfinin irəli sürdüyü şərtlər arasında yoxdur. Amma əslində, rəsmi Bakı açıq şəkildə bildirir ki, referendumun keçirilməsi məsələsi Ermənistanın ərazi iddialarından imtina etməsi ilə bağlı olmalıdır. Mirzoyanın bu fikirləri isə əvvəlki razılaşmalardan geri çəkilmə anlamına gəlir. Bu da onu göstərir ki, Ermənistan hələ də bəzi məsələlərdə qeyri-müəyyən mövqe tutur. Rusiya isə bu vəziyyətdən istifadə edərək yenidən prosesə qoşulmaq və bölgədə itirdiyi təsiri bərpa etmək istəyir. Lakin mənim fikrimcə, artıq “qatar gedib”. Ola bilsin, müəyyən mərhələdə Rusiya prosesə qayıdaraq ABŞ-dən üstünlük əldə etsin. Amma hələlik vəziyyət buna imkan vermir. Əgər Ermənistan bu cür davranışını davam etdirərsə, dediyi şərtlərdən və bəyanatlardan geri çəkilərsə, Azərbaycan tərəfi sahədə daha sərt addımlar atmaq məcburiyyətində qalacaq. Belə olan halda, yenidən hərbi toqquşma riski yarana bilər. Bu isə Ermənistan üçün fəlakət ola bilər. Çünki hərbi qarşıdurma onları daha da çətin vəziyyətə salacaq".


Analitikin fikrincə, Ermənilərə qətiyyən güvənmək olmaz:

"Onlar Vaşinqtonda bir söz deyir, sabah isə gəlir, həmin bəyanatı təkzib edirlər. İndi əsas məsələ odur ki, Azərbaycan tərəfi də aydın mövqe sərgiləsin. Mirzoyanın dediyi kimi, doğrudanmı Azərbaycan referendumu şərt kimi irəli sürməyib? Azərbaycan Xarici İşlər Nazirliyindən bu barədə rəsmi açıqlama verilməli, məsələyə tam aydınlıq gətirilməlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Oktyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see206

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see174

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see170

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see142

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri