Qatara görə işə gecikənlər müvafiq arayışı almaq üçün bir neçə gün sonra yox, həmin gün müraciət etməlidir
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev bildirib ki, ərizə qısamüddətli, yəni, məsələn; 2-3 dəqiqəlik gecikmələr deyil, uzunmüddətli gecikmələr, məsələn; 20, 30, 40 dəqiqə nəzərdə tutulur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev
“Əgər sərnişin qatarın gecikməsi səbəbindən işə gecikibsə və bununla əlaqədar onun işlədiyi yerdə problem yaranırsa, bu zaman vağzal növbətçisinə yaxınlaşaraq iş yerinə təqdim edilməsi üçün arayış əldə edə bilər.
Burada gecikmə dedikdə qısamüddətli, yəni, məsələn, 2-3 dəqiqəlik gecikmələr deyil, uzunmüddətli gecikmələr, məsələn; 20, 30, 40 dəqiqə nəzərdə tutulur.
Ümumilikdə, Azərbaycan Dəmir Yollarında qatarların hərəkətində uzunmüddətli gecikmələr çox nadir hallarda qeydə alınır, bu səbəbdən arayışla bağlı müraciətlər azdır. Nəzərə almaq lazımdır ki, müvafiq arayışın alınması üçün bir neçə gün sonra yox, həmin gün müraciət etmək lazımdır”-deyə “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 16 Oktyabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















