Qattuzo “Latsio”nun baş məşqçisi oldu
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliyanın “Latsio” futbol klubunda baş məşqçi dəyişikliyi rəsmiləşib.
İdman.Biz xəbər verir ki, Roma təmsilçisini Cennaro Qattuzo çalışdıracaq. İtaliyalı mütəxəssis daha əvvəl “Latsio”dan ayrılan Mauritsio Sarrini əvəzləyib.
Qattuzo son olaraq İtaliya millisində işləyib. O, yığmanın DÇ-2026-ya vəsiqə qazana bilməməsindən sonra postunu tərk edib. İtaliya pley-off mərhələsində Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzaraq mundialdan kənarda qalıb.
47 yaşlı mütəxəssis futbolçu kimi İtaliya millisinin heyətində 2006-cı ildə dünya çempionu olub. Məşqçi karyerasında isə “Milan”, “Napoli”, “Valensiya”, “Marsel” və “Hayduk” kimi klublarda çalışıb.
Qeyd edək ki, “Latsio” 2025/2026 mövsümünü A Seriyasında 54 xalla doqquzuncu pillədə başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 23 İyun 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















