Icma.az
close
up
RU
Qaxda 48 min tondan çox taxıl istehsal edilib

Qaxda 48 min tondan çox taxıl istehsal edilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qax, 7 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 13 min 727 hektar sahənin məhsulu biçilib, 48 min 409 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 35,3 sentner təşkil edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Rəvan Nəsirov məlumat verib.

Qurum rəsmisi bildirib ki, builki mövsümdə qaxlı fermerlər 8 min 609 hektar buğda sahəsindən 30 min 547 ton, 5 min 118 hektar arpa sahəsindən isə 17 min 862 ton məhsul əldə ediblər. Buğda sahələrinin hər hektarının orta məhsuldarlığı 35,5 sentner, arpa sahələrinin məhsuldarlığı isə 34,9 sentner olub.

Sektor müdirinin sözlərinə görə, rayon üzrə ən yüksək məhsuldarlıq Qax Aqroparkında qeydə alınıb. Belə ki, builki mövsümdə aqroparkın taxıl sahələrində hər hektardan 55 sentnerədək məhsul götürülüb. Rayonun Ləkit, Qaxingiloy, Güllük kəndlərinin ərazilərindəki təsərrüfatlarda da məhsuldarlıq yüksək olub.

Hazırda rayonunun təsərrüfatlarında payızlıq dənli bitkilərin səpini üçün yay şumunun çıxarılması davam edir. İndiyədək təsərrüfatlarda 4 min hektaradək sahədə şum aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri