Qaxda 7 kq narkotik aşkarlandı
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlanıb.
DİN- mətbuat xidmətinin Şəki Regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
Tədbirlərlə H.Həsənov və A.Qurbanov saxlanılıblar. Onlardan 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:Qaxda keçmiş məhkumlardan 7 kq narkotik aşkarlanıb
06 Mart 2025 10:25
Qaxda 4 kq dan artıq narkotik aşkarlandı
13 May 2026 09:14
Qaxda 7 kiloqramdan artıq narkotik aşkarlandı: İki nəfər saxlanıldı
02 Oktyabr 2026 11:48
Qubada 7 kq narkotik vasitə aşkarlandı Video
10 Avqust 2026 10:43
Qaxda iki nəfər saxlanılıb 7 kq narkotiklə
06 Mart 2025 10:31
Baxış sayı:44
Bu xəbər 02 Oktyabr 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















