Qaxda keçmiş məhkumlardan 7 kq narkotik aşkarlanıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş 25 yaşlı Məhəmməd Əhmədli və 37 yaşlı Naim Süleymanov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, onlardan 7 kiloqram marixuana, heroin, metamfetamin və metadon həbləri aşkar olunub.
Saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan “Mehdi” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onlar narkotikləri Bakı şəhərinə apararaq orada deyiləcək yerə qoyandan sonra bu fəaliyyətlərinin müqabilində maddi qazanc əldə edəcəkmişlər.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 06 Mart 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















