Qaxda minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qaxda minik avtomobilləri toqquşub, biri ağır olmaqla 4 nəfər xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saat 06:30-da Qax-Qorağan avtomobil yolunda baş verib.
İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan 4 nəfər Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirliblər.
Yaralılardan G. Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir. Hazırda yaralıların müayinəsi aparılaraq aldığı xəsarətlərin dərəcəsi dəqiqləşdirilir.
Qəza zamanı xəsarət alan şəxslərin Şəki rayon sakinləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 19 Sentyabr 2026 08:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















