Qaxda örüş sahəsi sakinlərin əllərindən alınıb? (VİDEO)
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Qaxın Marsan kənd sakinlərinin sözlərinə görə, ərazi təkcə bir neçə ailənin yox, demək olar ki, bütün kəndin əsas dolanışıq mənbələrindən biri olub. Sakinlərin iddiasına görə, əkin aparıldıqdan sonra sahənin ətrafına çəkilən dərin kanal vəziyyəti daha da çətinləşdirib.
Hazırda heyvanların həmin əraziyə keçməsi mümkün deyil. Bu isə kənddə maldarlıqla məşğul olan ailələri çıxılmaz vəziyyətdə qoyub.
Kəndlilər deyir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara, o cümlədən rayon icra hakimiyyətinə müraciət ediblər. Lakin onların sözlərinə görə, indiyədək konkret nəticə əldə olunmayıb.
Məsələ ilə bağlı kənd bəldiyyəsindən bildirlib ki, ərazi 18 hektar təşkil edir əkilən sahə isə təxminən 4 hektardır.
Sakinlər ümid edir ki, aidiyyəti qurumlar məsələyə qısa zamanda aydınlıq gətirəcək.//Xəzər TV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 19 Aprel 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















