Icma.az
close
up
RU
Qaya ansamblının solisti Şölə Səfərəliyeva: Caz bizim qanımıza və təbiətimizə yad musiqidir

Qaya ansamblının solisti Şölə Səfərəliyeva: Caz bizim qanımıza və təbiətimizə yad musiqidir

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

O, Azərbaycan musiqisində  və öz yaradıcılığında daha çox caz musiqiləri ilə tanınır. Söhbət əməkdar artist, caz ifaçısı, "Qaya" ansamblının solisti Şölə Səfərəliyevadan gedir.
Qeyd edək ki, o, "Qaya" qrupu yaranandan bu günədək fəaliyyətini davam etdirən yeganə solistdir. Eyni zamanda, 2022-ci ildən etibarən Azərbaycan Milli konservatoriyasında populyar musiqi və caz kafedrasında müəllim kimi fəaliyyətə başlayıb.

Bu günki müsahibimiz də elə Ş. Səfərəliyevadır. Müsahibəmizi oxuculara təqdim edirik:
- Şölə xanım, "Bəri Bax” ansamblından “Qaya”ya keçən və bu günə qədər orada oxuyan yeganə solist kimi tanınırsınız. Bu sadiqlik nədən irəli gəldi? Yəni sizi orada saxlayan nə oldu?
- Bəli, o vaxtdan "Qaya"ya keçən və bu günə kimi fəaliyyət göstərən yeganə solistəm. Ümumiyyətlə, xarakter baxımından başladığım bir işi sona çatdıran insanam. Qarşıma məqsəd qoymuşamsa, həmin məqsədə mütləq şəkildə doğru addımlarla çatmağa can atıram. Bu günə qədər orada fəaliyyət göstərməyimin əsas səbəbi ustadıma olan hörmətimdən və peşəkarlığına olan sevgimdən irəli gəlir. Dəfələrlə olurdu ki, rəhbərimiz  yeni gələn heyətlə  xatirələrini bölüşürdü. Və anlayırdı ki, həmin məqamda köhnə heyətdən məndən başqa heç kəs yoxdur. Özü həyatda olmasa da, ustadımın yolunu davam etdirirəm. Nə qədər ki, "Qaya" qrupu var orada solist olaraq fəaliyyətimi davam elətdirəcəm.

- Hazırda fəaliyyətiniz nə yerdədir? Yeni işlər görürsünüz?
- Hazırda həm "Qaya" dövlət ansamblının solisti olaraq  fəaliyyətimi davam elətdirirəm, həm də Azərbaycan Milli Konservatoriyasında pedoqoji  fəaliyyət göstərirəm. Eyni zamanda, solo fəaliyətim də fasiləsiz olaraq davam edir. Yeni klip çəkmişik və mövsümə bir neçə mahnı ilə start vermişik. "Heydərbabaya salam", "Möcüzə"  mahnıları dinləyicilər tərəfindən sevildi. Hazırda "Səni bir də görərdim" mahnısına klip hazırlanır və yaxın günlərdə tamaşaçılara təqdim olunacaq.

- Bu günki dövrdə bir çox ifaçılar təhsili, sənəti olmasa belə sosial şəbəkələrdə məşhurlaşırlar. Buna münasibətiniz necədir?

- Sosial şəbəkələrdə məşhurlaşmaq dəb halı alıb. Amma, sevilərək fəaliyyətini davam etdirmək daha yaxşıdır. Şərt tanınmaq yox, tanınmağı müsbət yöndə inkşaf etdirməkdir. Ümumiyyətlə, hər bir sahədə savad daha vacibdir. Məşhur ola bilərsən, lakin  o məşhurluq sevilmək və sənətdə dəyərli biri olmaq demək deyil.

- Müsahibələrin birində caz musiqisinin azərbaycanlılara yad olduğunu, eyni zamanda Avropa düşüncəli gənclərin seçimi olduğunu vurğulamısınız. Hələ də düşününürsünüz ki, ölkədəki gənclərdə avropalaşma və inkşaf yoxdur?

- Caz musiqisi əlbətdə ki, Avropa musiqidir. Nəzər yetirsək görərik ki, Azərbaycan musiqisi muğam və mono musiqidir. Caz bizim qanımıza və təbiətimizə yaddır. Bu o demək deyil ki, bu musiqi ölkədə sevilmir. Gənclərimizin Avropalaşması və inkşafına qaldıqda isə müasirləşmə artıq gənclərdə özünü göstərir. Təbii ki, hər şeydən öncə təhsil dayanır. Biz hansısa qapalı bir şəraitdə övladımızı böyüdəcəyiksə, ondan hansısa yenilik gözləmək absurddur. İnsan yeniliklərə açıq olduqca, nəzərdə tutduğumuz inkşaf da, müasirləşmə də özünü göstərəcək.

- Sizə görə "Qaya” dövlət ansamblının digər ansambıllardan fərqləndirən cəhət nədir?
-  "Qaya"  yeganə dövlət ansamblıdır ki,  60 ildən çoxdur dayanmadan fəaliyyət göstərir. Bu, bir çox janrları özündə cəmləşdirən bir musiqi kollektividir. Cazdan tutmuş bəzi muğam ifalarına qədər ansamblımızda rast gəlmək olar.  Azərbaycan müstəqil olandan sonra gördük ki, bir çox kollektivlər uzunömürlü olmayıb və  hələ heç biri də dövlət statusu almayıb.
- Ansambl solisti olmağının fərqli cəhətlərindən danışardınız...
-  Solo oxuyarkən hər kəsin gözəl səsi ola bilər. Lakin ansamblda sən komanda şəklində fəaliyyət göstərirsən. Hər şeydən əvvəl güclü qulaq duyumun olmalıdır ki, ifa edərkən sənə verilən dəqiqələrdə  çaşmayasan. Bu, ifaçıdan xeyli peşəkarlıq və istedad tələb edir.
- Bildiyim qədər filmlərdə də rol almısınız...
- Bəli, "Məlikməmmədin nağılı" filmində rol aldım. Həmin filmdə mənə fransız xanımı canlandırmaq həvalə olunmuşdu. Düşünürəm ki, öhdəsindən uğurla gəldim. Nicat Kazımovun "Zoluşka" televiziya tamaşasında da "İspan şəhzadəsi" rolunu canlandırdım. Üz cizgilərimə görə məni daha çox xarici xanımlara bənzədirlər.


Havar Şəfiyeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Noyabr 2024 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see266

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see227

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see201

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see197

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see179

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see168

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see166

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see145

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see142

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see136

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see130

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri