Icma.az
close
up
RU
“Transparency İnternational”ın Azərbaycandakı nümayəndəliyinə xitam verildi Rəna Səfərəliyeva kimdir? (YENİLƏNİB)

“Transparency İnternational”ın Azərbaycandakı nümayəndəliyinə xitam verildi Rəna Səfərəliyeva kimdir? (YENİLƏNİB)

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Transparency İnternational” təşkilatının Azərbaycan bölməsi qismində çıxış edən “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi fəaliyyətini dayandırır.

APA-nn özəl mənbələrdən əldə etdiyi məlumata görə, təşkilatın təsisçiləri onun ləğv edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etməyə hazırlaşırlar.

“Şəffaflıq Azərbaycan” nədir?

“Şəffaflıq Azərbaycan” təşkilatı 2000-ci ilin oktyabr ayında təsis olunub. Tam səlahiyyətli yerli bölmə kimi 2001-ci ilin oktyabrında “Transparency İnternational” təşkilatı tərəfindən akkreditasiya olunub, 2006-cı ilin avqust ayında isə yenidən akkreditasiyadan keçib. Təşkilat öz missiyasını “Azərbaycanda korrupsiyanın səbəblərini, formalarını və bu təhlükəli ictimai fenomenin azaldılması yollarını araşdırmaq” kimi təqdim edib.

Təşkilatın təsisçilərindən biri Rəna Səfərəliyevadır. Rəna Səfərəliyeva 2019-cu ilə qədər həm də təşkilatın icraçı direktoru olub. O, hazırda təşkilatın İdarə Heyətinin üzvüdür. Maraqlıdır ki, Rəna Səfərəliyevanın adı həm də “Şəffaflıq Azərbaycan” təşkilatının İdarə Heyəti yanında Təsisçilər Şurasının üzvü və müstəqil ekspert kimi qeyd olunub.

“Transparency İnternational”ın Azərbaycana qarşı qərəzi

“Şəffaflıq Azərbaycan” təşkilatına akkreditasiya verən “Transparency İnternational” təşkilatı mütəmadi olaraq yaydığı hesabatlarda Azərbaycanla bağlı qərəzli, hərtərəfli araşdırılmayan və hökumətin mövqeyinin əksini tapmadığı mövqe nümayiş etdirilib. Azərbaycan hökumətinin dəfələrlə belə hesabatların qərəzli olması ilə bağlı verdiyi açıqlamalar da bu təşkilatın Azərbaycanla bağlı fəaliyyətində dönüş yaratmayıb.

“Transparency İnernational” sonuncu hesabatında da Azərbaycana qarşı qərəzli məlumatlara yer verib. Maraqlıdır, hesabatda yalnız ümumi ifadələrdən istifadə olunub, heç bir iddia faktla əsaslandırılmayıb.

Rəna Səfərəliyeva kimdir?

Rəna Səfərəliyevanın adı son günlər Dövlət Turizm Agentliyi ilə bağlı qalmaqalda çəkilir.

O, dünən Prezident İlham Əliyevin sərəncamı ilə şiddətli töhmət verilmiş Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin qaynanasıdır.

Dünən Lent.az saytı öz mənbələrinə istinadən bu şiddətli töhmətin səbəbləri barədə yazıb. Saytın yazdığına görə, Fuad Nağıyevin rəhbərlik etdiyi agentlik xidməti yazışmaları sızdırıb.

"Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən "Transpatency İnternational" təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrilib. Onu qeyd etmək yerinə düşər ki, Fuad Nağıyevin qaynanası Rəna Səfərəliyeva uzun illər "Transpatency İnternational" təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər. Onların bu agentlikdə söz sahibinə çevrilməsi barədə deyilənlərə heç də təəccüb etmək lazım deyil"- lent.az yazıb.

Məlumata görə, Fuad Nağıyevin ətrafı davamlı olaraq xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər.

***

Beynəlxalq Şəffaflıq Təşkilatının milli bölməsi statusuna malik “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB-in Ümumi Yığıncağı ictimai birliyin ləğvi haqqında qərar qəbul edib.

Mia.az APA-ya istinadla xəbər verir ki, Ümumi Yığıncağın qərarı ilə Ləğvetmə komissiyası (təsviyəçi) təyin edilib. Bu barədə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB-nin İcraçı direktoru Əliməmməd Nuriyev məlumat verib. Onun sözlərinə görə, QHT-nin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün Ləğvetmə komissiyası (təsviyəçi) müvafiq qaydada Ədliyyə Nazirliyinə müraciət edəcək.

Daha sonra Ləğvetmə komissiyası (təsviyəçi) qanunvericliyə uyğun olaraq zəruri prosedurları həyata keçirəcək. Bu qərar haqqında bütün yerli və beynəlxalq tərəfdaşlar məlumatlandırılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://mia.az
archiveBu xəbər 05 Mart 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri