Qayda pozan “Mercedes”lə toqquşmamaq üçün sürücügörün nə etdi VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Şabran rayonunda qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl Heydər Əliyev prospektində qeydə alınıb. Kadrlardan görünür ki, 10-UX-450 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü sağ tərəfdən gələn mopedə diqqət yetirmədən geriyə manevr edib və qəza şəraiti yaradıb. Xoşbəxtlikdən, moped sürücüsü təhlükəni vaxtında görərək baş verəcək qəzanın qarşısını alıb və “Mercedes”lə toqquşmamaq üçün sağa – səkiyə keçərək hərəkət edib.
Xatırladaq ki, geriyə manevr edərkən sürücülər həm sağdan, həm də soldan gələn nəqliyyat vasitələrinə diqqət yetirməlidirlər. Eyni zamanda geriyə manevr edən sürücü sürəti azaltmalı, ətrafı yoxlamalı, daha sonra əməliyyatı icra etməlidir.
Nərmin


