Qayda pozan sürücü qəza təhlükəsi yaradıb qarşı tərəfi borclu çıxardı VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Abşeron rayonu, Masazır qəsəbəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 5-də saat 16:42 radələrində Əliağa Vahid küçəsində qeydə alınıb. Kadrlardan aydın olur ki, 99-DV-605 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobilin sürücüsü birzolaqlı yolda, önündə hərəkət edən nəqliyyat vasitəsinə məhəl qoymadan sola manevr edib. Bu zaman o, görüntünü qeydə alan avtomobilin yan güzgüsünə toxunaraq toqquşma təhlükəsi yaradıb.
Hadisədən sonra qayda pozan sürücü qarşı tərəfə yaxınlaşaraq az qala onun maşınınl vuracağını irad şəklində bildirib. Digər sürücü isə yaranmış təhlükəli vəziyyətin səbəbinin məhz qayda pozuntusu olduğunu bildirib.
Qeyd edək ki, sözügedən ərazidə bu kimi hallara tez-tez rast gəlinir və bununla bağlı saytımızda dəfələrlə məlumat dərc olunub.
Xatırladaq ki, birzolaqlı yollarda manevr edərkən sürücülər qarşıdakı nəqliyyat vasitələrinin hərəkətini nəzərə almalı, qəfil və qanunsuz dönüşlərdən çəkinməlidirlər. Yol hərəkəti qaydalarına əməl edilməməsi həm maddi ziyana, həm də ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 06 Yanvar 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















