Qayda pozan sürücülər döngədə qəza törətdilər VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qayda pozan sürücülər qəza törədiblər. Avtosfer.az xəbər verir ki, Tatarıstan Respublikasının Kazan şəhərində baş verən hadisə kameraya düşüb.
Belə ki, sürətlə hərəkətdə olan və nəqliyyat vasitələrinin arası ilə təhlükəli manevrlər edən motosikletli ötmə əməliyyatı zamanı, döngəyə daxil olarkən kənar zolağı tutmayan xanım sürücünün idarə etdiyi "Mazda" markalı avtomobillə toqquşub.
Zərbənin şiddətindən bayker havada uçaraq asfalta düşüb və sürüklənərək yan yolda hərəkətdə olan "Toyota" markalı avtomobilin altına düşüb.
Ağır bədən xəsarətləri alan 33 yaşlı motosikletçi dərhal xəstəxanaya yerləşdirilib. Yaralı bud sümüyündən cərrahiyyə əməliyyatı olunub və yaxın vaxtlarda çiyin oynağından növbəti əməliyyatın keçirilməsi planlaşdırılır. Faktla bağlı araşdırmalar davam edir.
Motosikletlinin dəbilqəsinin kamerasına düşən qəzanın görüntülərini təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 30 Aprel 2026 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















