Icma.az
close
up
RU
Qayda qanun ölkəsində qəribə adət: qablar yaxalanmır Səbəb

Qayda qanun ölkəsində qəribə adət: qablar yaxalanmır Səbəb

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniya deyəndə ağıla gələn ilk xüsusiyyətlərdən biri düzən və qayda-qanundur. Bu anlayış həyatın bütün sahələrinə təsir edir. Zibillərin necə ayrılacağından tutmuş bağ baxımına, sükut saatlarından park qaydalarına qədər hər şey müəyyən standartlara tabedir. Belə sistemli bir ölkədə qabların yaxalanmadan qoyulması bir çox insana təəccüblü gələ bilər. Lakin almanlar üçün bu vəziyyət nə laqeydlik, nə də tənbəllik deməkdir.

News24.az xəbər verir ki, əksər alman mətbəxində iki bölməli yuyucu var. Bir bölmə sabunlu su ilə doldurulur, qablar burada süngərlə yaxşıca yuyulur. Sonra qablar yaxalanmadan birbaşa tezgaha götürülür və ya quruması üçün buraxılır. Bəzi evlərdə quruducu parça istifadə edilsə də, əksər insanlar qabları öz-özünə quruması üçün buraxır.

Bunun ən əhəmiyyətli səbəbi su qənaəti prinsipidir. Almaniyada ekoloji şüur çox güclüdür və suyun israfı ciddi məsələ kimi qəbul edilir. Almanlar yaxalama mərhələsində istifadə olunan artıq suyun təbiətə zərər verdiyinə inanır. Onlara görə qabyuyan vasitələrin əksəriyyəti təbiət dostu tərkiblərlə istehsal edildiyindən, az miqdarda qalıq sağlamlıq baxımından risk yaratmır.

Almaniyada təmizlik məhsulları adətən qoxusuz, rəngsiz və ekoloji cəhətdən təhlükəsiz formulalarla istehsal olunur. Buna görə də qablar yaxalansa belə, kimyəvi qalıq və ya qoxu problemi yaşanmır. Almanlar üçün əsas məsələ təbii resursları qorumaqdır. "Bir az sabun heç kimə zərər verməz, amma artıq su israf deməkdir" düşüncəsi ölkədə olduqca yayğındır.

Almanların bu tətbiqi su qıtlığı və enerji qənaəti mövzusunda şüurlu davranmanın bir əksi kimi qəbul edilir. Həmçinin qabların təbii şəkildə quruması elektrikli qurutma sistemlərinə olan ehtiyacı da azaldır.

Bir çox ölkədə təmizlik bol su və bol köpüklə eyniləşmiş olsa da, Almaniyada bu anlayış ekoloji cəhətdən təhlükəsiz minimalizm şəklinə çevrilib. Qısacası, almanların qabları yaxalamadan buraxması gigiyena çatışmazlığından deyil, qənaət mədəniyyətindən qaynaqlanır.

Aqil Qarayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 Oktyabr 2025 01:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri