Qaydanı pozub yolu kəsdi, sonra isə yalan danışmağa başladı VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda yolayrıcının keçilməsi qaydasını pozan sürücü digər avtomobilin yolunu kəsib. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 17-də, paytaxtın 28 May küçəsində qeydə alınıb.
Belə ki, 90-OP-631 qeydiyyat nişanlı "Renault" markalı avtomobilin sürücüsü yolayrıcında tıxacın olduğunu görərək hərəkətinə davam edib. Sonra isə yolayrıcının boşalmasını gözləyən sürücünün yolunu kəsməklə yanaşı, öz hərəkətinə bəraət qazandırmağa çalışaraq müxtəlif bəhanələr gətirib.
Öncə bəhanə gətirərək "piyadaya yol verirdin, ona görə bu zolağa keçdim" dedi, sonra isə "məni sağdan sıxırdılar, ona görə zolağımı dəyişdim" deyərək yalan danışmağa başladı.
Qeydə alınan videoda açıq şəkildə görünür ki, sürücünün irəli sürdüyü bəhanələr həqiqəti əks etdirmir. Videoda piyadaya yol verilməsi və sürücünün sağdan sıxılması müşahidə olunmur. Bu isə onun qaydaları bilərəkdən pozduğunu və məsuliyyətdən yayınmağa çalışdığını göstərir.
Könül Rauf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 30 Yanvar 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















