“Qaydasız döyüş” (UFC) turnirində təhlükəsizlik polis əməkdaşları tərəfindən təmin olunur
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 20-21-də də Bakıda keçirilən “Qaydasız döyüş” (UFC) turnirində təhlükəsizlik polis əməkdaşları tərəfindən təmin olunur. Tədbirin keçirildiyi arenaya gələn azarkeşlər, iştirakçılar yoxlanılmaqla qadağan edilən əşyaların keçirilməsinə icazə verilmir.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qadağan olunmuş əşyaların siyahısı barədə tədbirin keçiriləcəyi məkanda məlumat lövhələri quraşdırılıb.
Turnir zamanı şüşə və metal qablar, kəsici-deşici alətlər, dəyənəklər, fişənglər və partlayıcı maddələr, səsgücləndirici qurğular arenaya buraxılmır.
Turnirin təhlükəsiz və uğurlu keçirilməsi üçün zəruri tədbirlər diqqətdə saxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 20 İyun 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















