Icma.az
close
up
RU
“Qayıdış missiyası: gənclərin həmrəylik və əməkdaşlıq təşəbbüsləri”

“Qayıdış missiyası: gənclərin həmrəylik və əməkdaşlıq təşəbbüsləri”

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qayıdış missiyası: gənclərin həmrəylik və əməkdaşlıq təşəbbüsləri” layihəsi başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində və Bakı Slavyan Universitetində həyata keçirilən layihənin əsas məqsədi keçmiş məcburi köçkün gənclərin Qarabağa və Şərqi Zəngəzura qayıdışının təşviq edilməsi, işğaldan azad olunmuş rayonlarda daimi məskunlaşmış gənclərin məşğulluğunun artırılması, bütün sahələrdə inkişafına yönəlik müzakirələrin aparılması olmuşdur.

Bütün tədbirlər Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.

Tədbiri giriş sözü ilə gənclər təşkilatının sədri, layihənin koordinatoru Vüqar Qədirov açaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək davam edən 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin sentyabr ayında 1 gündən də az aparılan antiterror əməliyyatı tədbirləri nəticəsində Ermənistanı darma-dağın edərək kapituliyasiya aktını imzalamağa məcbur etdiyini və Qarabağda öz Dövlət suverenliyini təmin etdiyini, bununla da 200 ildən artıq Azərbaycan torpaqlarında terror-təcavüz siyasəti həyata keçirən düşmənə öz layiqli yerini göstərdiyini bildirdi.

Natiq çıxışında Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunduqdan sonra Böyük Qayıdış Dövlət Proqramına uyğun olaraq yenidən bərpa edildiyini, sürətlə tikinti-quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkün əhalinin öz dədə-baba torpaqlarında mərhələli şəkildə daimi məskunlaşma prosesinin aparıldığını qeyd etdi.

V.Qədirov 30 ilə yaxın müddət ərzində öz dədə-baba yurdlarından uzaqda, ölkəmizin müxtəlif bölgələrində məcburi köçkün ailələrində doğulub-böyüyən gənc nəslin, xüsusən gənc ailələrin Qarabağa və Şərqi Zəngəzura qayıdışı prosesində fəal olmalarının, bunun bir vətənpərvərlik və vətəndaşlıq missiyası olduğunu unutmamalarının vacib olduğunu bildirdi.

Uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlayan, həmin ərazilərdə vandalizm hərəkətləri törədən, dədə-baba yurdlarımızda qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistandan fərqli olaraq bizim öz doğma od-ocağımıza qayıtmağımız həm düşmənə, həm də ona havadarlıq edən dövlətlərə göz dağı verməklə bərabər, uzun illər pozulmuş hüquqlarımızın bərpası istiqamətində atılan ən müqəddəs addım olan haqqımız və missiyamızdır. Bu sahədə gənclərin, xüsusən təhsilli gənclərin təbliğati işlərə cəlb olunması və öz təkliflərini vermələri, sosial şəbəkələr vasitəsilə dəstək göstərmələrinin vacib olduğunu heç birimiz unutmamalıyıq- deyə V.Qədirov fikirlərini bölüşdü.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, şair, psixoloq Şahin Qədirov çıxışında böyüməkdə olan gənc nəslin vətənpərvərliyi nəticəsində Qarabağa və Şərqi Zəngəzura qayıtmaları üçün Dövlətin gördüyü tikinti-quruculuq işlərindən, həmin ərazilərdə daimi məskunlaşan gənclərin yüksək mənəvi-psixoloji durumundan söz açaraq gənclərimizin 44 gün davam edən Vətən Müharibəsində olduğu kimi, yurda dönüş missiyasında da vətənpərvərlik nümayiş etdirdiklərini bildirdi. Yenidən qurulan Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsində gənclərin qüvvəsindən səmərəli istifadə etməyin vacib olduğunu qeyd etdi.

Gənclər Təşkilatının həyata keçirdiyi layihənin əhəmiyyətindən danışan Turanə Orucova işğaldan azad olunan rayonlarda daimi məskunlaşan keçmiş məcburi köçkünlər arasında bu təbəqənin gənclərinin üzərinə böyük məsuliyyət düşdüyünü, yurda dönüşlə bərabər viran olunmuş yurdlarımızın dirçəldilməsində öz dəstəklərini göstərmələrinin vacib olduğunu bildirdi.

Tədbirlərdə ali təhsil ocaqlarının rəhbərliyinin nümayəndələri, Qarabağdan, Şərqi Zəngəzurdan və Qərbi Azərbaycandan olan tələbələr çıxış etdilər, öz arzu və təkliflərini bildirdilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Dekabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri