Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Qayıdış və regionun yeni sülh arxitekturası panel sessiya

Qayıdış və regionun yeni sülh arxitekturası panel sessiya

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 3 iyun, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans davam edir.

AZƏRTAC xəbər verir ki, konfransın birinci hissəsində ADA universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə “Qayıdış və regionun yeni sülh arxitekturası” mövzusunda panel müzakirələri aparıb.

Fariz İsmayılzadə tədbirin əsas məqsədinin Qərbi Azərbaycana qayıdış konsepsiyasının regional sülh gündəliyi, beynəlxalq hüquq, tarixi ədalət və müasir geosiyasi reallıqlar kontekstində müzakirəsi olduğunu vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin irəli sürdüyü Qayıdış Konsepsiyası yalnız tarixi yaddaşın bərpasına deyil, həm də Cənubi Qafqazda davamlı sülhün və qarşılıqlı etimadın formalaşmasına xidmət edir. Fariz İsmayılzadə bildirib ki, bu gün Azərbaycan postmünaqişə dövrünün əsas aktorlarından biri kimi regionun yeni təhlükəsizlik və əməkdaşlıq modelinin formalaşdırılmasında mühüm rol oynayır.

Paneldə çıxış edən ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin professoru Daniel Pommier Vincelli Qərbi Azərbaycan məsələsinin tarixi və strateji əhəmiyyətindən bəhs edib. Professor tarixi yaddaşın qorunmasının dövlətlərin milli identikliyi və gələcək inkişaf strategiyası üçün mühüm amillərdən biri olduğunu vurğulayıb: “Qərbi Azərbaycana qayıdış ideyası yalnız humanitar məsələ deyil, həm də beynəlxalq münasibətlər sistemində ədalət, hüquq və barışıq prinsipləri üzərində qurulan uzunmüddətli sülh modelinin tərkib hissəsidir. Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasət regionun gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır”.

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım çıxışında Qərbi Azərbaycan məsələsinin, hər şeydən əvvəl, tarixi ədalətin bərpası ilə bağlı olduğunu söyləyib. Deputat qeyd edib ki, Qafqaz tarixində müxtəlif dövrlərdə zorakı köçürmə siyasəti həyata keçirilib və bunun ən ağrılı nümunələrindən biri Qərbi Azərbaycandan azərbaycanlıların məcburi çıxarılması olub: “Yüz minlərlə insan öz doğma torpaqlarından uzaqlaşdırılıb, onların tarixi-mədəni irsi və kimliyi silinməyə çalışılıb. Türkiyə hər zaman Azərbaycanın yanında olub və bu məsələyə yalnız Azərbaycan xalqının deyil, bütövlükdə Türk dünyasının ortaq dəyəri kimi yanaşır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qisas deyil, məhz ədalətin bərpası yolunu seçib və Qərbi Azərbaycana qayıdışın da hüquqi və diplomatik mexanizmlər əsasında həyata keçirilməsi nəzərdə tutulur”.

Müzakirələr zamanı Qərbi Kaspi Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Şeraz Mahmud Xan müasir geosiyasi transformasiyalar fonunda Azərbaycanın həyata keçirdiyi iqtisadi və siyasi təşəbbüslərin regionun gələcəyinə mühüm təsir göstərdiyini vurğulayıb. O, xüsusilə Orta Dəhlizin strateji əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, bu marşrut Mərkəzi Asiya ilə Avropanı birləşdirən ən vacib bağlantı xətlərindən birinə çevrilməkdədir: “Azərbaycanın əsas hissəsini Naxçıvan və Türkiyə ilə birləşdirməsi nəzərdə tutulan nəqliyyat-kommunikasiya layihələri region ölkələri üçün yeni iqtisadi imkanlar yaradır. Bu layihələrdən ən çox fayda əldə edə biləcək dövlətlərdən biri də Ermənistandır. Orta Dəhliz yalnız Azərbaycan üçün deyil, Mərkəzi Asiya dövlətləri üçün də həyati əhəmiyyət daşıyır. Avrasiyanın məhz bu hissəsi son illərdə ən mürəkkəb geosiyasi proseslərin yaşandığı məkanlardan biri olub. Yaxın Şərqdə davam edən münaqişələr, Rusiya-Ukrayna müharibəsi və digər regional böhranlar fonunda Azərbaycan ilə Ermənistan arasında silahlı qarşıdurmanın başa çatması region üçün mühüm fürsət yaradıb”.

Şeraz Mahmud Xan Pakistanın nüvə dövləti və mühüm regional aktor kimi Azərbaycan və Türkiyə ilə əməkdaşlığının geniş perspektivlər açdığını bildirib: “Üç Qardaş” hərbi təlimləri əməkdaşlığın uğurlu nümunələrindən biridir. Təhlükəsizlik, logistika və iqtisadi inteqrasiya sahələrində yeni imkanlar var. Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, eyni zamanda, Asiya ilə Avropanı birləşdirən strateji mərkəzə çevrilməkdədir. COP29, WUF13)və digər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin qlobal dialoq və əməkdaşlıq platforması kimi artan nüfuzunu nümayiş etdirir”.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Fərhad Hüseynov qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan yeni bir reallıqla üz-üzə qalıb: “Bu reallıq sadəcə müharibənin olmaması deyil, eyni zamanda, davamlı sülhün qurulması məsələsidir. Sülh təhlükəsizlik, sabitlik və insanların normal həyat şəraiti deməkdir. Beynəlxalq münasibətlər nəzəriyyəsində “neqativ sülh” və “pozitiv sülh” anlayışlarına toxunaraq bildirib ki, hazırda region daha çox neqativ sülh mərhələsindədir. Lakin əsas məqsəd geri dönüşü çətin olan, dayanıqlı və uzunmüddətli pozitiv sülh modelinin formalaşdırılmasıdır”.

O qeyd edib ki, bunun üçün üç əsas istiqamətdə iş aparılmalıdır: “Siyasi və ərazi məsələlərinin həlli, humanitar problemlərin aradan qaldırılması və uzun illər ərzində formalaşdırılmış yanlış narrativlərin aradan qaldırılması. Vətəndaş cəmiyyəti institutları və “Track II Diplomacy” mexanizmləri bu prosesdə xüsusi rol oynayır. Qəbələdə Azərbaycan və Ermənistan nümayəndələri arasında keçirilmiş görüşlər qeyri-rəsmi diplomatiyanın uğurlu nümunəsidir. Sülh yalnız sənədlər üzərində əldə olunan razılaşma deyil. Sülh yeni reallıq yaradan, insanların gündəlik həyatına təsir edən və regionun gələcəyini formalaşdıran prosesdir. Qərbi Azərbaycana qayıdış konsepsiyası da məhz bu yeni geosiyasi reallıqlara uyğun şəkildə qiymətləndirilməlidir”.

Panel müzakirənin sonunda Fariz İsmayılzadə Qərbi Azərbaycan məsələsinin beynəlxalq səviyyədə tanıdılması və qayıdış hüququnun dünya ictimaiyyətinə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib. O vurğulayıb ki, gələcəkdə azərbaycanlıların Qərbi Azərbaycana qayıdaraq ermənilərlə yanaşı, sülh və qarşılıqlı hörmət şəraitində yaşaması regionun uzunmüddətli sabitliyi üçün vacib amillərdən biridir.

Müxbir - Aysel Azadqızı

Fotoqraf - Tofiq Babayev

Videooperator - Mirrəsul Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri