Icma.az
close
up
RU
“Qaz təchizatı haqqında” yeni qanun layihəsi qazın topdan və pərakəndə satış qaydalarını dəqiqləşdirir

“Qaz təchizatı haqqında” yeni qanun layihəsi qazın topdan və pərakəndə satış qaydalarını dəqiqləşdirir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 10 iyun, AZƏRTAC

“Qaz təchizatı haqqında” yeni qanun layihəsində qazın topdansatışı və pərakəndə satışı ilə bağlı hüquqi və institusional çərçivənin yenidən tənzimlənməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, qazın topdansatışı yalnız lisenziyalaşdırılmış topdan satıcılar tərəfindən həyata keçiriləcək. Bu satış forması topdan satıcı ilə pərakəndə satıcı və ya iri istehlakçılar arasında bağlanmış müqavilələrə əsaslanacaq. Pərakəndə satış isə birbaşa pərakəndə satıcılarla istehlakçılar arasında imzalanan müqavilələr vasitəsilə gerçəkləşdiriləcək.

Qaz satıcılarının yalnız qaz təchizatı sahəsində fəaliyyət göstərmələri ilə bağlı müddəa da qanun layihəsində əksini tapıb. Belə ki, layihədə qeyd olunan istisnalar xaricində qaz satıcılarının bu sektordan kənar fəaliyyətlə məşğul olmalarına yol verilməyəcək. Sözügedən məhdudiyyət 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Topdan satıcıların əsas vəzifələri aşağıdakılardır:

- Mövcud normativ hüquqi sənədlərə və icazə şərtlərinə əməl olunmasını təmin etmək;

- Qaz satışına dair şərtləri öz rəsmi internet səhifəsində ictimaiyyətə açıqlamaq;

- Hesabat və statistik məlumatları aidiyyəti dövlət qurumlarına və sistem operatorlarına təqdim etmək;

- Müqavilə öhdəliklərinin pozulması nəticəsində yaranan zərərin əvəzini ödəmək;

- Qazın idxalını reallaşdırmaq.

Pərakəndə satıcılara qoyulan öhdəliklər isə bunlardır:

- Qanunvericiliklə müəyyən edilmiş tələblərə və normativ aktlara riayət etmək;

- Fəaliyyət sahəsi və qaz satışının əsas şərtləri barədə məlumatları internet üzərindən yaymaq;

- İstehlakçılara hər ay qazın dəyəri və tariflər barədə məlumatları təqdim etmək;

- İstehlakçıların hüquq və vəzifələrinə dair məlumatlandırma işini yerinə yetirmək;

- Hesabatların və məlumatların müvafiq dövlət orqanlarına təqdim olunması;

- Müqavilə ilə nəzərdə tutulmadığı hallarda qaz dəyəri barədə istehlakçılara hesab göndərmək;

- Keyfiyyət və miqdara dair öhdəliklərin pozulması halında dəyən zərərin əvəzini ödəmək.

Həm topdan, həm də pərakəndə satıcıların hüquqları da qanun layihəsində təsbit olunub. Belə ki, topdan satıcılar qaz nəqli və paylanması sahəsində xidmət göstərən operatorlardan tələb olunan xidmətləri almaq və satış müqavilələrinə uyğun olaraq qazın ödənişinin təmin olunmasını istəmək hüququna malikdirlər. Pərakəndə satıcılar isə sistem operatorlarından xidmət göstərilməsini tələb edə və istehlakçılardan istifadə olunan qazın dəyərinin ödənilməsini gözləyə bilərlər. Əlavə olaraq, istehlakçı ödənişi təqdim edilən hesabdan bir ay ərzində etməzsə, pərakəndə satıcı qazpaylayıcı operatora müraciət ünvanlayaraq qazın verilməsinin dayandırılmasını tələb edə bilər.

Qanun layihəsində qazın pərakəndə satışının xüsusi qaydalar əsasında tənzimlənməsi də nəzərdə tutulub. Bu qaydalar qazdan istifadə mexanizmini və tərəflər arasındakı münasibətləri daha şəffaf və səmərəli şəkildə tənzimləməyə xidmət edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri