Qaz təchizatı ilə bağlı müayinə aktınızı “mygov”dan izləyin
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “Azəriqaz” İstehsalat Birliyi arasında əməkdaşlıq nəticəsində vətəndaşlar artıq qaz təchizatı ilə bağlı müayinə aktlarını “mygov” platforması üzərindən izləyə biləcəklər.
“Qafqazinfo” xəbər verir ki, yeni inteqrasiya vətəndaşlara öz əmlaklarında aparılmış müayinənin nəticələrini rəqəmsal formada əldə etmək imkanı yaradır.
Məlumatdan istifadə qaydası aşağıdakı kimidir:
İstifadəçi mygov portalında “Xidmətlər” bölməsindən “Kommunal” kateqoriyasını seçir.
“Azəriqaz İB – Müayinə aktı”na daxil olur.
İstifadəçinin FİN-ə bağlı bir və ya bir neçə akt varsa, sistem mövcud müayinə aktlarının siyahısını təqdim edir.
İstifadəçi seçdiyi aktın məlumatlarına baxa və sənədi yükləyə bilər.
Qeyd edək ki, müayinə aktı, xüsusilə qaz təchizatına yeni qoşulma, qaz xətlərinin dəyişdirilməsi və ya köçürülməsi zamanı vətəndaşlardan tələb olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 08 Dekabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















