Qaz təchizatı sektorunda yeni operator sistemi tətbiq ediləcək
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda qaz təchizatı sektorunun bazar modelinə uyğunlaşdırılması, idarəetmədə yeni təsnifat və operatorluq sisteminin yaradılması məqsədilə dövlət nəzarəti mexanizmləri yenidən qurulur.
Moderator.az xəbər verir ki, Prezident İlham Əliyev “Qaz təchizatı haqqında” Qanunun icrası ilə əlaqədar bəzi fərmanlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla qaz təchizatı sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin statusu rəsmən dəyişdirilərək "qaz təchizatı subyektləri" kimi təsnif edilib və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nəzarət dairəsi genişləndirilib.
Yeni nizamnamə tənzimləməsinə əsasən, bu sahədə nəzarət və hesabatlılıq mexanizmi vahid "qaz paylayıcısı" anlayışından çıxarılıb. Bundan sonra dövlət tənzimləməsi birbaşa qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru, qazın saxlanması sistem operatoru, habelə topdan və pərakəndə satıcıları əhatə edəcək. Şirkətlərin hüquqi statusundan asılı olmayaraq, qazın nəqli, paylanması, saxlanması, satışı və idxalı fəaliyyəti ilə məşğul olan bütün hüquqi şəxslər, istehlakçılar və iri sənaye obyektləri yeni dövlət nəzarəti qaydalarına tabe ediləcək.
Fərmanla həmçinin qurumların səlahiyyət paralelliyi aradan qaldırılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin qaz təchizatı sahəsindəki bəzi nəzarət səlahiyyətləri ləğv olunub. Bununla yanaşı, qanunvericiliyin unifikasiyası məqsədilə 2019, 2021 və 2023-cü illərə aid olan və öz qüvvəsini itirmiş bir sıra köhnə tətbiq fərmanlarının müvafiq bəndləri rəsmi olaraq ləğv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 03 İyul 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















