Icma.az
close
up
RU
Qazan doğdu, Qazan öldü Yunus Oğuz yazır

Qazan doğdu, Qazan öldü Yunus Oğuz yazır

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Felyeton

Elə bilməyin ki, "Dədə Qorqud"un Qazan xanından yazacam. Hərçənd ondan da yazmaq lazımdır. Ən azından ildə bir dəfə nəyi vardısa elinin igidlərinə yağmalatdırırdı. Ürəyi, göz tox, nəfsi də hamısından tox. Deyirdi ki, dünya malı dünyada qalar. "Yedin dadındı, verdin adındı, öldün yadındı" prinsipinə ciddi əməl edirdi. İgidləri də yeyib-içib doyandan sonra gedirdilər növbəti savaşa.
Yox hülakilərin, Elxanlı dövlətinin islamı ilk qəbul edən Qazan xandan da yazmayacam, hərçənd o da buna layiqdir, çünki məhz onun zamanında Şeyx Səfiəddin Ərdəbilə döndü, nəfsi öldürmək üçün hürufi məktəbinin fəaliyyətini genişləndirməyə imkan verdi.
Hələki zəifləmiş, övladları Ukraynada ət maşınına verilən Kazan (Q) şəhərindən də yazmayacam.
Mən xörək qazanından yazacam, əsl xörək qazanından.
Bir gün Molla Nəsrəddin gedir qonşusunun qapısını döyüb xahiş edir:
-Qonşu, mənə əl borcu qazan ver.
Qonşu orta bir qazan gətirib verir Mollaya.
Üstündən bir necə gün keçir. Molla Nəsrəddin qazanın içinə bir qazan da qoyub, qaytarır qonşuya. Qonşu baxır ki, qazanın içində bir dənə də qazan var.
Soruşur:
-Bəs bunun içindəki qazan nədir?
Molla dil-ağız eyləyir:
-Sən Allah qonşu, bağışla, heç bilmirdim qazanın hamilədir. Qazan bizdə olanda doğdu.
Qonşu fikirləşir ki, bu deyəsən dəli olub, amma bir söz demir. Qazanları alıb içəri aparır. Bu hadisə bir neçə dəfə təkrar olur. Bir gün qonşu Mollaya böyük toy qazanı verir, fikirləşir ki, böyük qazanın böyük doğuşu olar.
Bir neçə gün keçir, qonşu görür ki, qazan geri verilmir. Durub gedir Mollanın qapısını döyür. Molla bunu görən kimi ağlaya- ağlaya deyir:
-Qonşu, başın sağ olsun, Allah rəhmət eləsin!
Qonşu təəccüblə soruşur:
-Nə olub, kim rəhmətə gedib?
Molla Nəsrəddin cavab verir:
-Qazan.
Qonşu baxır ki, Molla bunu ələ salır. Səsini qaldırıb deyir:
-Məni dolamısan, qazan da rəhmətə gedər?
Molla bic-bic gülümsəyib cavab verir:
-Nədi qazan doğanda olar, öləndə olmaz? Qonşu baxır ki, yaman yerdə ilişib, səssizcə çıxıb gedir.
İndi bu qazanın ətrafında dünya ilişib. Tramp qazan doğuzdura-doğuzdura gedir.
Qazan da qır tiyanına oxşayır. Kim qazanın doğmasına inanmır, götürüb atır qır tiyanının içinə, deyir get, sənin dövlətindən dövlət olmaz. İran doğulan yeni rejimi gücləndirmək istədi. Neçə ildir zahılığı çəkilib getmir, qazan yenə doğmağa hazırlaşır, bir az da odunu altına çox qoysan, hökmən doğacaq.
Rusiya təzə qazan doğmaq istədi Ukraynada, ölü doğdu. O boyda SSRİ ikinci dünya müharibəsində bir kənd, vilayət uğrunda bu qədər döyüşməmişdi.
Azərbaycanda da qazan doğmaq arzusuna düşənlər oldu.
O de... təzə qazan doğmaq arzusunda olan hər kəsin vəziyyəti urusuycadır. Yenidən ev həbsini dörd ay uzatdılar. Adama deyərlər, bu sənə lazım idi? Uzun illərdir qazan doğa-doğa gedirsən. Əksər vəzifələrdə də sənin qazanların otururdu. Onların da qazanları doğurdu. Deyəsən elə cuşa, elə ilhama gəlmişdi ki, qazanın altına odun əvəzinə barıt qoydu. Barıtı da çox olduğundan qazan partladı, dünyasını dəyişdi. Qulu olduğu Rusiya da partlamaq ərəfəsindədir.
Bir məmur qazan doldurub, ətrafına da yığmışdı qazan yeməkləri xoşlayanları.
Çəkilən yolların qalınlığından bir santimetr kəsib atırdı qazanın içinə. O qədər kəsib atdı ki, axırda qazan boğuldu.
Qır, çınqıl, qum qazanı daşdırdı, başladı yerə tökülməyə. Çalışdı ki, daşan qırı tez yığışdırsın, alınmadı. Ətrafdakıların nə vecinə? Güc doğana düşər. Qazan dözəmmədi, dünyasını dəyişdi, öldü.
Bu AYNA-nın da qazanı yaxşı qaynayır. Sədri prezidentdən də çox maaş alır, iyirmi minə qədər maaş almağa nə var ki... hər yerə, hətta zibil qabının yanına, marketlərin qarşısına da "parkinq" işarəsi qoyur. İndi pensiyaya çıxanda gör nə qədər alacaq... e...
Biz də deyirik ki, pensiya alırıq. Şəxsən mən Mirzənin pensiyası artımlarla hələ beş yüz manata gəlib çatmayıb. Neyləyək, dözərik. Bizim xalq dözümlü xalqdır, qaynayan qazan bilir içində nə var, hamilə qazanın aqibəti necə olacaq?
Pensiya demişkən, bu pensiya verənlər, elə bil əhalinin pensiya pulunu depozitə qoyurlar ki, banklarda da qazanlar doğsun. Onsuz da camaatımız həmişə başına bir çarə qılacaq.
Dövlət büdcəsindən dotasiya alanlar görən qazanlarda yenə dadlı-dadlı şeylər bişirəcək? Bişirəcək, elə qəşəng bişirəcək. Bəs sabit tariflər nə üçündür?
Bu ildən bələdiyyələr də döyüş prinsipinə keçiblər. İş görmürlər, amma deyirlər qazanı doldur.
Qazan doğmaq üstündə mübarizə, hətta savaş da gedir. Elələri var ki, qısırdır, amma gəlib adamın üzünə durur ki, mən qazan doğa bilərəm.
Dünya da qazan uğrunda döyüş aparır.
İndi dünya qazan kimidir. Kimin imkanı var qaz vurub qazan doldurur. Qaz kimi dövlətlər də nə çox. Tramp da oturub qazanın başında hərdən qapağını qaldırıb buxarı bir az buraxır. Bu Epsteyn də özü üçün bir qazan qaynadıb.
O gün qarnım ağrıyana qədər gülmüşəm. İran şahının gədəsi də İran boyda qazan uğrunda savaş aparır.
Avropa TV-lərindən biri Rza Pəhləvini bir iranlı ilə debata çağırır. Rəqibi şah oğlunu üstələyir. Rza vəziyyətdən çıxmaq üçün rəqibinə sual verir:
-Siz üzdən mənə oxşayırsınız. Ananız o vaxtı bizim sarayda isləməyib?
Rəqibi təmkinlə cavab verir:
-Yox anam işləməyib, amma dəqiq bilirəm ki, atam sarayda işləyib.Di get...
Bunu da yazım qazan məsələsini bitirim.
Qazan doğursa, deməli ölməlidir, deməli aparıb qəbirstanlıqda basdıracaqlar.
Bir kişi tez-tez qəbirstanlığa gedib-gəlir. Ondan soruşurlar ki, niyə gününün çox hissəsini qəbirstanlıqda keçirirsən?
Kişi cavab verir:
-Bunun üç səbəbi var:
1. Allahı yadıma salırlar.
2. Danışanda sözümü kəsmirlər.
3. Onlardan ayrılanda qeybətimi etmirlər.
Ta bəsdir, baxım-görüm pensiyam gəlibsə gedib olan-qalanı alım, dərmanlarım da qurtarmaq üzrədir.
Siz də qeybətimi etməyin! Qazan doğub, bundan sonra da doğacaq. Qazan ölüb, bundan sonra da öləcək!
Siz də, hələ ki, imkan var, qaz vurun qazan doldurun!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Fevral 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri