Qazaxda fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin məlumatına görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 96 kvm olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 50 kvm. sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:Qazaxda fərdi yaşayış evində yanğın oldu VİDEO
29 Yanvar 2025 10:24
Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb
24 Sentyabr 2026 15:53
Ağdaş rayonunda fərdi yaşayış evində baş verən yanğın söndürülüb
08 Dekabr 2024 10:21
FHN: Sumqayıtda fərdi yaşayış evində baş verən yanğın söndürülüb
21 Avqust 2025 13:51
Baxış sayı:187
Bu xəbər 17 Yanvar 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















