Icma.az
close
up
RU
Qazaxda qəbiristanlıqda qəribə hadisə məzarın yanında cadu tapıldı VİDEO FOTO

Qazaxda qəbiristanlıqda qəribə hadisə məzarın yanında cadu tapıldı VİDEO FOTO

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Qazax rayonu Hüseynbəyli kəndinin sakinləri öz doğmalarının məzarını ziyarət etmək üçün qəbiristanlığa üz tutanda qəribə halla rastlaşıblar. 

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo.az-a vətəndaşlar Gülsüm Axundova və Aynur Əhmədova şikayət ediblər. Onların sözlərinə görə, bir neçə kənd sakini qəbiristanlıqda ağac əkmək istəyib. Qəbrin yanında isə şikayətçilərə də məxsus fotolardan düzəldilmiş bir neçə cadu tapılıb. 

G.Axundova və A.Əhmədova iddia edir ki, onların fotoları icazəsiz çəkilib. Qadınlar deyir ki, kimliyi onlara məlum olan şəxs çəkdiyi fotolardan cadu məqsədilə istifadə edir, onları qəbiristanlıqda basdırır. Kənd sakinləri əməli törədən şəxs barəsində polisə şikayət ediblər: "Həmin qadın dövlət qurumlarından birində işləyən oğlu ilə birgə bizim və ailə üzvlərimizin, eləcə də kənddə yaşayan bir neçə digər vəzifəli şəxsin şəkillərini icazəsiz çəkərək və ya əldə edərək qəbiristanlıqda basdırıb. Bu qadın artıq neçə vaxtdır kənddə at oynadır".

Şikayətçilərin iddiasına əsasən, həmin şəxs yaşadıqları evin ətrafında 6 sot torpağı da icazəsiz zəbt edib: "Bu azmış kimi, bizim həyətyanı torpaqda da dədə-babadan çəkdiyimiz hasarı dağıdaraq 1 sota qədər torpağımızı tutub. Bir neçə gün əvvəl kənd sakinləri öz əzizlərinin üstünə qəbiristanlığa gedəndə ağac əkmək istəyiblər. Qəbrin yanında bir neçə bankada bu qadın tərəfindən çəkilmiş, kənd sakinlərinə və bizim ailəyə məxsus şəkillərin oraya basdırıldığını aşkarlayıblar".

Qadınlar bildiriblər ki, həmin şəxs fotoların bəzilərini 2023-cü ildə onlara məxsus həyətdə icazəsiz olaraq lentə alıb: "Biz bununla bağlı Qazax Rayon Polis Şöbəsinə müraciət etmişik. Ümid edirik ki, tədbir görüləcək".

Əldə etdiyimiz məlumata əsasən, daxil olmuş müraciət əsasında Qazax Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

Qeyd edək ki, qanunvericilikdə vətəndaşların bir-birinə cadu və ya bu qəbildən hər hansı əməl törətməsi ilə bağlı məsuliyyət nəzərdə tutulmur.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 31 Oktyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see353

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see314

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see266

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see244

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see220

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see148

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see138

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see137

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri