Qazaxıstan Azərbaycan ərazisindən neft tranzitini 1,7 milyon tona çatdıracaq
Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstan Aktau-Bakı-Ceyhan istiqamətində neft tranzitini 2025-ci ildə əvvəllər elan olunmuş 1,5 milyon tondan 1,7 milyon tona çatdırmağı planlaşdırır, - "KazMunayQaz"ın idarə heyətinin sədr müavini Kurmanqazı İskaziyev bildirib. Bu barədə Orda.kz xəbər verir.
Onun sözlərinə görə, hazırda Aktau-Bakı-Ceyhan istiqamətində “qara qızıl” tədarükünün həcmi 1,4 milyon ton təşkil edir - 2024-cü ildə bu rəqəm 27% artıb. İskaziyev əlavə edib ki, bu il bu, 1,7 milyon tona çatdırılacaq.
Xatırladaq ki, Qazaxıstan SOCAR Dövlət Neft Şirkəti ilə müqavilə çərçivəsində Azərbaycan vasitəsilə neft tədarük edir. Müvafiq baş müqavilə 2022-ci ildə bağlanıb. İxrac 2023-cü ilin aprelində başlayıb.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 06 Mart 2025 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















