Qazaxıstan dağlarında bir alpinist həlak olub: Daha ikisi itkin düşüb YENİLƏNİB
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almatı dağlarında xilasedicilər itkin düşən turist qrupundan daha iki nəfərin meyitini aşkar ediblər.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Nazirliyin məlumatına görə, meyitlər dəniz səviyyəsindən təxminən 3700 metr yüksəklikdə "Lokomotiv" zirvəsi ətrafında tapılıb.
Daha əvvəl axtarış-xilasetmə əməliyyatı zamanı eyni qrupdan daha bir ölən şəxs aşkar edilib. Beləliklə, hadisə nəticəsində üç nəfər həlak olub.
FHN-dən bildirilib ki, axtarış işləri mürəkkəb yüksək dağlıq şəraitdə aparılıb.
18:49
Qazaxıstanın Almatı vilayətinin dağlarında üç alpinist itkin düşüb, onlardan biri sonradan ölü tapılıb.
"Report" "Tengrinews"ə istinadən xəbər verir ki, bu barədə Almatının Fövqəladə Hallar Departamenti məlumat yayıb.
26 dekabr gecəsi alpinistlərdən birinin bacısı qrupun itkin düşməsi barədə quruma müraciət edib. Onun sözlərinə görə, kişi iki dostu ilə birlikdə 24 dekabr səhəri dağlara gedib və geri qayıtmayıb, itkin düşənlərin mobil telefonları 12 saatdan çoxdur ki, sönüb.
"Məlumat daxil olduqdan sonra ehtimal olunan axtarış rayonuna FHN-in qüvvə və vasitələri səfərbər edilib. Hadisə yerində əməliyyat qərargahı qurulub. Axtarış-xilasetmə işləri üçün həmçinin FHN-in helikopteri cəlb edilib", - məlumatda qeyd olunub.
Daha sonra axtarış qrupu dağlarda itkin düşən kişilərdən birinin meyitini aşkar edib, digər ikisinin axtarışları davam edir. Dəqiqləşdirilib ki, kişinin meyiti dəniz səviyyəsindən 3,7 min metr hündürlükdə yerləşən "Lokomotiv" zirvəsinin ərazisində aşkarlanıb, sonra aşağı endirilərək polisə təhvil verilib. Məhkəmə-tibbi ekspertizası təyin edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 27 Dekabr 2025 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















